Paşinyan KTMT-nin Minskdə keçiriləcək sammitində iştirak etməyəcək
Nərmin Qocamanlı
Ermənistanın baş naziri Nikol Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığında noyabrın 23-də Minskdə keçiriləcək KTMT sammitində iştirak edə bilməyəcəyi barədə məlumat verib,
"Operativ Media" xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidmətinin məlumatına görə, söhbət Belarus tərəfinin təşəbbüsü ilə baş tutub.
"Noyabrın 23-də Minskdə keçiriləcək KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasının təşkili ilə bağlı məsələlər müzakirə edilib. Baş nazir Paşinyan Belarus prezidentinə iclasda iştirak edə bilməyəcəyi barədə məlumat verib və KTMT tərəfdaşlarının bu qərara anlayışla yanaşacağına ümid etdiklərini bildiriblər”, - mesajda deyilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net