Ana səhifə / Siyasət / Kreml Paşinyanın KTMT-nin iclasına qatılmaqdan imtina etməsinə münasibət bildirib Kreml Paşinyanın KTMT-nin iclasına qatılmaqdan imtina etməsinə münasibət bildirib 14.11.2023, 13:19 Nərmin Qocamanlı Kremlin sözcüsü Dmitri Peskov Ermənistanın Baş naziri Nikol Paşinyanın KTMT sammitinə gəlməkdən imtina etməsinə münasibət bildirib. "Operativ Media" xəbər verir ki, Peskov Paşinyanın iclasa qatılmaqdan imtina etməsindən təəssüfləndiyini bildirib. "Əgər belədirsə, onda yalnız təəssüf hissi ifadə etmək olar, belə görüşlər qeydləri müqayisə etmək üçün yaxşı səbəbdir".