Alen Simonyan: KTMT-yə yetərincə siyasi qiymət verilmir
Nərmin Qocamanlı
"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına yetərincə siyasi qiymət verilmir".
"Operativ Media" "Armenpress"ə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.
Onun sözlərinə görə, məhz bu yetərsizliyə görə Ermənistan sammitin yekunlarına dair iki sənədi imzalamaqdan imtina edib.
"Biz KTMT-yə Türkiyə və Azərbaycan tandemindən qorunmaq üçün daxil olmuşuq. Lakin KTMT-yə bizə lazım olan formada siyasi qiymət verilmir. Buna görə də Ermənistan sammitin yekunlarına dair iki sənədi imzalamaqdan imtina edib"- deyə Simonyan bildirib.
Parlament sədri hesab edir ki, qurum öz mövqeyinə yenidən baxmalıdır.