Menyu

Qrip ağır xəstəliklərlə nəticələnə bilər 

Nərmin Qocamanlı
Qrip ağır xəstəliklərlə nəticələnə bilər 

Soyuq havalarda insanların bir çoxu İnfluenza (qrip) virusuna yoluxur. Əsas simptomları öskürək, qızdırma və halsızlıq olan qripə vaxtında müdaxilə edilmədiyi zaman sonradan daha böyük problemlərin yaranmasına yol aça bilir. Qrip ona yoluxan kəslərdən sağlam insanlara da keçərək yayılan infeksion xəstəlikdir. 

Qripdən qorunmağın yolları ilə bağlı Dr. Rəna Muxtarova  “Operativ Media”ya danışıb:

“Qrip hava damcı yolu ilə ötürülən yuxarı tənəffüs yollarının iltihabı xəstəliyidir. Kəskin respirator virus infeksiya qrupuna aiddir. Qripdən qorunmaq üçün ilk növbədə isti geyinmek, qripli xəstələrdən uzaq durmaq, əlləri tez-tez yumaq və  A, C, E vitaminləri ilə zəngin olan qidalar qəbul etmək lazımdır. Məsələn soğan, sarımsaq limon, cəfəri, itburnu dəmləməsi olduqca faydalıdır”.

Həkim bildirib ki, qripin insan bədənində törədə biləcəyi fəsadlar orqanizmin immun sistemindən asılıdır:

“Qrip orqanizmdə əvvəlcə xroniki xəstəliklərin kəskinləşməsinə səbəb olur. İmmun sistemi çox zəif olanlarda isə hətta meningit,  ensefalit, mielit və s. kimi ağır xəstəliklərə gətirib çıxara bilir”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər