Aİ Rusiyaya qarşı 9-cu sanksiyalar paketini hazırlayır
Nərmin Qocamanlı
"Mən bu gün elan edə bilərəm ki, biz 9-cu sanksiya paketi üzərində tam sürətlə işləyirik".
"Operativ Media" xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyen Finlandiyanın paytaxtı Helsinkidə Finlandiyanın Baş naziri Sanna Marin, Estoniyanın Baş naziri Kaja Kallas və İsveç Baş nazirinin müavini Ebba Buş ilə birgə mətbuat konfransı zamanı bildirib.
Rusiyanın hücumlarına görə Ukrayna xalqının qışı işıqsız keçirməyə məcbur olduğunu bildirən von der Leyen, "Körpələr, onların valideynləri, nənələri və babaları qaranlıqdadır və donurlar. Bu vəhşi hücumları şiddətlə qınayıram. Bunlar müharibə cinayətləridir. " deyə qeyd edib.