http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

NATO ilə Azərbaycan arasında minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edilib

15 Noyabr 2023 , 20:42
NATO ilə Azərbaycan arasında minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə NATO-nun Lüksemburqda yerləşən Dəstək və Təchizat Agentliyinin (NSPA) Əməliyyatlara Dəstək bölməsinin direktoru Orhan Muratlı və Etimad Fondu ofisinin rəhbəri Meray Özdemir ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, görüşdə Azərbaycanın NSPA ilə son onilliklər ərzində uğurla həyata keçirdiyi müxtəlif etimad fondu layihələri üzrə əməkdaşlıq, həmçinin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə NSPA arasındakı tərəfdaşlıq barədə danışılıb, eləcə də minatəmizləmə sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.

Qeyd edək ki, Azərbaycan öz ərazisində Sovet İttifaqından qalan hərbi sursatın zərərsizləşdirilməsi məqsədilə NATO ilə birlikdə 2006-2008-ci illərdə Melanj (vaxtı keçmiş, yüksək zəhərli raket yanacağı olan melanjın zərərsizləşdirilməsi), 2005-2011-ci illərdə Saloğlu (Ağstafa rayonunun Saloğlu ərazisində partlamamış hərbi sursatların (PHS) təmizlənməsi) və 2012-2018-ci illərdə Ceyrançöl (Ceyrançöl ərazisində mina və PHS-lərin təmizlənməsi) layihələrini uğurla həyata keçirib.

OXŞAR XƏBƏRLƏR
Pezeşkian Qətərə səfər edəcək

Pezeşkian Qətərə səfər edəcək

Kamran Əliyev Çilinin Baş prokuroru Angel Maurisio Valensia Vasquezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Kamran Əliyev Çilinin Baş prokuroru Angel Maurisio Valensia Vasquezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Energetika naziri Braziliyaya səfər edib

Energetika naziri Braziliyaya səfər edib

XƏBƏR LENTİ
  • 16:21

    Ermənistanın ədliyyə naziri vəzifəsindən azad edilib
  • 16:20

    Bakıda 16 yaşlı yeniyetmə qətlə yetirilib, həmyaşıdı saxlanılıb
  • 16:17

    Sadır Japarov İtaliyaya səfər edib
  • 16:10

    Livan İsrailə 40 raket atıb
  • 16:08

    Ağdamda iritutumlu 4 su anbarı tikilir
  • 16:04

    Heyvanlarla rəhmsiz rəftar edənlər məsuliyyətə cəlb olunacaq
  • 16:02

    Dövlət Xidmətinin 259 əməkdaşı məsuliyyətə cəlb edilib
  • 15:41

    Məhkəmə “Akabe” şirkəti ilə bağlı qərarı elan edib
Menyu