Zaxarova: Moskva Azərbaycan və Ermənistan arasında sülh üçün işləməyə davam edəcək
Operativ Media
Moskva Cənubi Qafqazda sülhün bərqərar olması üçün Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üzərində işləməyə davam edəcək.
"Operativ Media"nın xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə deyib.
O, qeyd edib ki, İqor Xovayev artıq İrəvana səfər edib və Ermənistanın siyasi rəhbərliyi ilə bir sıra məsləhətləşmələr aparıb. İndi o (Xovayev - red), Bakıdadır, sülh müqaviləsi məsələsi də müzakirə olunur.