24 Noyabr 2022, 15:14
Rusiya XİN: Türkiyənin Suriyada əməliyyatı bölgədə gərginliyi artıracaq

“Suriya məsələsində Türkiyə tərəfi ilə sıx əlaqə saxlayırıq. “Biz Türkiyənin milli təhlükəsizliyinə təhdidlərlə bağlı narahatlığını başa düşürük, lakin Suriya ərazisində quru əməliyyatı keçirmək yalnız bölgədə gərginliyi artıracaq və orada terrorçuların fəallığını artıracaq”.
"Operativ Media" xəbər verir ki, bunu Rusiya XİN sözcüsü Mariya Zaxarova bildirib
“Rusiya sərhəd bölgələrdə təhlükəsizliklə bağlı məsələlərin tam həllinin ən yaxşı yolunun Türkiyə və Suriya hökumətləri arasında birbaşa dialoqun qurulması olacağına inanır"-deyə o, qeyd edib.