Ana səhifə / Siyasət / Çavuşoğlu finlandiyalı həmkarı ilə telefonla danışıb Çavuşoğlu finlandiyalı həmkarı ilə telefonla danışıb 24.11.2022, 15:26 Nərmin Qocamanlı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Finlandiyanın xarici işlər naziri Pekka Haavisto arasında telefon danışığı olub. "Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, XİN başçıları arasında NATO-nun genişlənməsi, Ukraynadakı son hadisələr və taxıl sazişi müzakirə edilib. Çavuşoğlu həmkarına Türkiyənin “Pəncə-Qılınc” əməliyyatı çərçivəsində terrora qarşı mübarizəsini qətiyyətlə davam etdirəcəyini vurğulayıb.
15.02.2026, 22:22 Belqraddakı binalardan biri Azərbaycan və Serbiya bayraqlarının rəngləri ilə işıqlandırılıb