Azərbaycan Vaşinqtonda Ararat Mirzoyan və Ceyhun Bayramov arasında görüşün keçirilməsi təklifindən imtina edib
Nərmin Qocamanlı
Azərbaycan 20 noyabrda Vaşinqtonda Ararat Mirzoyan və Ceyhun Bayramov arasında görüşün keçirilməsi təklifindən imtina edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
"20 noyabr 2023-cü ildə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində keçirilməsi təklif olunan görüşün baş tutmasını mümkün hesab etmədiyimizi qeyd edirik" - məlumatda qeyd olunub.