http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Baş nazir Əli Əsədov "Rosselxoznadzor"un rəhbərini qəbul edib

16 Noyabr 2023 , 17:35
Baş nazir Əli Əsədov "Rosselxoznadzor"un rəhbərini qəbul edib

Bu gün Baş nazir Əli Əsədov Rusiyanın Veterinar və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") rəhbəri Sergey Dankverti qəbul edib.

Nazirlər Kabinetindən "Operativ Media"ya verilən xəbərə görə, görüşdə Azərbaycan-Rusiya əlaqələrinin, xüsusi ilə ticari-iqtisadi əlaqələrin inkişafı qeyd olunub.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Rusiyanın Veterinar və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin yüksək səviyyədə əməkdaşlığından məmnunluq ifadə edilib. Bildirilib ki, ticarət dövriyyəsi üzrə nəzarət sisteminin effektivliyi sayəsində bir sıra ciddi vəzifələr həllini tapıb, bu da ticarət dövriyyəsinin artmasına kömək edib. Ötən ilin 10 ayında ticarət dövriyyəsinin 20 faizdən çox artması müsbət qiymətləndirilib. 2022-ci illə müqayisədə 2023-cü ildə Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı 15 faizdən çox artıb. Tərəflər Azərbaycandan Rusiyaya bir sıra kənd təsərrüfatı məhsullarının ixracına nəzarət prosedurunun sadələşdirilməsi barədə razılaşmanı da yüksək qiymətləndiriblər.

Görüşdə xəstə heyvanların transsərhəd heyvan xəstəlikləri profilaktikası və bununla mübarizə sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub. Bu aspektdə Qida Təhlükəsizliyi Agentliyi və Rosselxoznadzor arasında bu gün transsərhəd heyvan xəstəlikləri ilə birgə mübarizəyə dair Protokolun imzalanmasının əhəmiyyəti qeyd edilib.

OXŞAR XƏBƏRLƏR
Paşinyan: Sülh müqaviləsinin icrasına nəzarət etmək üçün Ermənistan-Azərbaycan komissiyası yaradıla bilər

Paşinyan: Sülh müqaviləsinin icrasına nəzarət etmək üçün Ermənistan-Azərbaycan komissiyası yaradıla bilər

Pezeşkian Qətərə səfər edəcək

Pezeşkian Qətərə səfər edəcək

Kamran Əliyev Çilinin Baş prokuroru Angel Maurisio Valensia Vasquezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Kamran Əliyev Çilinin Baş prokuroru Angel Maurisio Valensia Vasquezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

XƏBƏR LENTİ
  • 18:24

    "Barselona" yeni qapıçı transfer etdi
  • 18:23

    Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi hərbi xidmətə qəbul elan edir
  • 18:19

    Azərbaycanla Moldova arasında readmissiya haqqında Saziş Milli Məclisə daxil olub
    Azərbaycanla Moldova arasında readmissiya haqqında Saziş Milli Məclisə daxil olub
  • 18:17

    Azərbaycanla Pakistan arasında hava əlaqəsinə dair saziş ratifikasiya ediləcək
    Azərbaycanla Pakistan arasında hava əlaqəsinə dair saziş ratifikasiya ediləcək
  • 18:11

    Belçika üç Sezar haubitsasını Ukraynaya verə bilər
  • 18:04

    İtkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfransın yekun bəyanatı qəbul edilib
    İtkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfransın yekun bəyanatı qəbul edilib
  • 17:54

    Ukrayna və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilib
  • 17:53

    Tehranda İsrailə hücumdan sonra SEPAH-a dəstək aksiyası keçirilir
Menyu