http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

“Azərbaycanla ultimatum dilində danışmaq heç bir dövlətə fayda verməyəcək”-Politoloq

16 Noyabr 2023 , 17:51
“Azərbaycanla ultimatum dilində danışmaq heç bir dövlətə fayda verməyəcək”-Politoloq

“Qarabağ ölkəmizin daxili məsələsidir və heç bir qüvvənin bu mövzuda azərbaycanla ultimatum dilində danışmağa haqqı yoxdur”-bunu “Operativ Media”ya açıqlamasında politoloq Amid Əliyev deyib.

Politoloqun sözlərinə görə, ABŞ başa düşməlidir ki, ölkəmiz olmadan onun regionda və mərkəzi asiyadakı siyasəti iflasa uğruyacaq. 

“Konqresdə çıxış edənlər Azərbaycana yardım edilməyəcəyini deyərək guya hədə qorxu gəliblər. Əslində Azərbaycan özü digər dövlətlərə yardım edir və kiminsə köməyinə ehtiyacı yoxdur. ABŞ-yə yardım üçün Ermənistan dilənə bilər. Çox təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Amerika kimi bir dövlət Ermənistan mövqeyindən çıxış edərək fikirlər səsləndirir. Ən azından keçmişdə qalan ATƏT-in Minsk qrupunun həmsədri kimi Amerika çox gözəl bilməli idi ki, keçmişdə qalan bu proseslərdə Ermənistanın günahı nədir. Ermənistan terrorundan əziyyət çəkən məhz Azərbaycan olub. Sual olunur, niyə həmin illər ərzində niyə Amerikanın yüksək rütbəli siyasətçiləri tərəfindən belə fikirlər səsləndirilmədi? Niyə Ermənistan cəzalandırılmadı beynəlxalaq məhkəməyə verilmədi?”

Amid Əliyev bildirib ki, ümumiyyətlə bölgədən uzaq olan bir dövlətin proseslərə bu qədər müdaxilə etməsi yolverilməzdir. 

“Amerika Birləşmiş Ştatları öz problemləri ilə məşğul olsa daha yaxşı olar. ABŞ tərəfinin Azərbaycana münasibətdə ABŞ-ın təşəbbüsü ilə keçirilən yüksək səviyyəli ikitərəfli görüş və təmasları təxirə salması və "ikitərəfli münasibətlərimizdə "əvvəlki kimi" ola bilməz" bəyanatına gəlincə, təbii ki, münasibətlər birtərəfli ola bilməz. Eyni yanaşma Azərbaycan tərəfindən də bərabər şəkildə tətbiq olunacaq. Belə bir şəraitdə ABŞ-ın Azərbaycana yüksək səviyyəli səfərlərinin mümkünlüyünü də yersiz hesab edilir. ABŞ, separatçı rejimi dəstəkləyən tərəf olaraq, sözügedən rejimi rəsmi olaraq maliyyələşdirən və müntəzəm şəkildə onların ABŞ-a səyahətlərini və ABŞ rəsmiləri ilə görüşlərini təşkil edən yeganə ölkə olmaqla, ikili standart yanaşmasının qarşısını almamağa görə də cavabdehdir”.

Politoloq deyir ki, ABŞ son illər Azərbaycanın qazandığı uğurları həz edə bilmir. Bu dövlətdə yüksək vəzifədə çalışanlar erməni lobbisinin sifarişləri əsasında Azərbaycana qarşı qərəzli mövqe sərgiləyirlər.

“Bütün bunlar onu deməyə əsas verir ki, belə mövqe Azərbaycan münasibətlərin soyumasına gətirib çıxara bilər. Nəticədə Amerika Birləşmiş Ştatları Qafqazda öz siyasi, iqtisadi, hərbi potensialına görə 1 nömrəli dövlətlə öz əməkdaşlığını itirə bilər. ABŞ-ın həm terrorizmə qarşı mübarizədə, iqtisadi proseslərin həyata keçirilməsində, enerji layihələrinin həyata keçirilməsində əsas tərəfdaşı Azərbaycandır. Yaxşı olardı ki, onlar bu elementləri nəzərə alsınlar. Azərbaycanın dünayada nüfuzunun artdığı bir vaxtda onunla ultimatum dilində danışmaq heç bir dövlətə fayda verməyəcək”.

OXŞAR XƏBƏRLƏR
Paşinyan: Sülh müqaviləsinin icrasına nəzarət etmək üçün Ermənistan-Azərbaycan komissiyası yaradıla bilər

Paşinyan: Sülh müqaviləsinin icrasına nəzarət etmək üçün Ermənistan-Azərbaycan komissiyası yaradıla bilər

Pezeşkian Qətərə səfər edəcək

Pezeşkian Qətərə səfər edəcək

Kamran Əliyev Çilinin Baş prokuroru Angel Maurisio Valensia Vasquezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Kamran Əliyev Çilinin Baş prokuroru Angel Maurisio Valensia Vasquezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

XƏBƏR LENTİ
  • 18:11

    Belçika üç Sezar haubitsasını Ukraynaya verə bilər
  • 18:04

    İtkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfransın yekun bəyanatı qəbul edilib
    İtkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfransın yekun bəyanatı qəbul edilib
  • 17:54

    Ukrayna və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilib
  • 17:53

    Tehranda İsrailə hücumdan sonra SEPAH-a dəstək aksiyası keçirilir
  • 17:42

    Reuters: Qəzzaya ərzaq tədarükü kəskin şəkildə azalıb
  • 17:34

    “Sumqayıt Tibb Mərkəzi” yanğın təhlükəsizliyi qaydalarını pozduğu üçün cərimələnib
  • 17:26

    Snayper tüfənglərindən praktiki atış çalışmaları yerinə yetirilib
    Snayper tüfənglərindən praktiki atış çalışmaları yerinə yetirilib
  • 17:23

    Maştağada saxlanılan 2 şəxsdən 4 kiloqram narkotik vasitə aşkarlanıb
Menyu