http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Spiker: "Ermənistan sülh sazişini imzalamaq əvəzinə beynəlxalq platformalarda çirkin kampaniya aparır"

16 Noyabr 2023 , 18:57
Spiker: "Ermənistan sülh sazişini imzalamaq əvəzinə beynəlxalq platformalarda çirkin kampaniya aparır"

Ermənistan Azərbaycanın təklif etdiyi sülh sazişini imzalamaq əvəzinə, ölkəmizə qarşı beynəlxalq platformalarda çirkin kampaniya aparır, uydurma ittihamlarla beynəlxalq ictimaiyyəti yanıltmağa çalışır.

"Operativ Media" xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova Bişkekdə Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşdə deyib.

Görüşdə spiker S.Qafarova regionda mövcud olan vəziyyət barədə geniş məlumat verib. O, 2020-ci ildə Azərbaycanın öz ərazilərini işğaldan azad etdikdən sonra Ermənistana suverenlik və ərazi bütövlüyünə hörmət əsasında münasibətlərin normallaşdırılmasını, sülh müqaviləsi imzalanmasını təklif etdiyini xatırladaraq, əlavə edib ki, Ermənistan bu müqaviləni imzalamaqdan boyun qaçırmaq üçün bütün vasitələrə əl atıb, Üçtərəfli Bəyanat ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməyib, siyasi və hərbi təxribatlar törədib, Azərbaycan ərazilərinin minalanmasını davam etdirib, ərazilərimizdəki qanunsuz rejimi dəstəkləməyə davam edib.

Spiker diqqətə çatdırıb ki, bütün bu təxribatlara cavab olaraq, Azərbaycan bu ilin sentyabr ayında 24 saatdan az davam edən lokal antiterror tədbirləri həyata keçirib və ölkəmiz nəticədə öz suverenliyini bərpa edib. Antiterror tədbirləri zamanı yalnız qanunsuz hərbi birləşmələr və hərbi infrastruktur hədəf olub və mülki əhali və obyektlərə heç bir zərər dəyməyib. Regiona səfər edən BMT-nin iki missiyası da bu faktı təsdiq edib.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan regionda daimi sülh və təhlükəsizliyin təmin olunmasını istəyir və sülh müqaviləsinin imzalanması regionda davamlı sabitlik və təhlükəsizliyin yaranmasına gətirib çıxaracaq.

Spiker bəzi dövlətlərin Ermənistanın yalanlarına istinad edərək, Azərbaycana qarşı bu yalan kampaniyasına qoşulmasından təəssüfünü ifadə edib, bunun yolverilməz olduğunu bildirib.

OXŞAR XƏBƏRLƏR
Mirzoyan və Borrel Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Mirzoyan və Borrel Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Prezidentin köməkçisi: Bu il startapların sayı 3 dəfə artıb

Prezidentin köməkçisi: Bu il startapların sayı 3 dəfə artıb

İsrail Qəzza zolağında humanitar atəşkəsin müddətini uzadıb

İsrail Qəzza zolağında humanitar atəşkəsin müddətini uzadıb

XƏBƏR LENTİ
  • 11:28

    Gəncədə keçmiş arvadını qətlə yetirən şəxsin məhkəməsi başlayır
  • 11:26

    Mirzoyan və Borrel Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
  • 11:26

    DİN kibertalamaya və kiberdələduzluğa qarşı maarifləndirici sosial videoçarx hazırlayıb
  • 11:06

    Bakıda “Sənaye Təhlükəsizliyi Zirvəsi” keçirilir
  • 10:57

    Kafedə qumar oyunları təşkil edən şəxs saxlanılıb
  • 10:51

    Bakıda 4 yeniyetmə bıçaqlanıb, saxlanılanlar var
    Bakıda 4 yeniyetmə bıçaqlanıb, saxlanılanlar var
  • 10:46

    Sabah güclü maqnit qasırğası olacaq
  • 10:45

    Daha 7 güləşçimiz mübarizəyə başlayır
Menyu