http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycan nümayəndə heyəti OECD-nin İnkişafa Yardım Komitəsinin yüksək səviyyəli iclasında iştirak edib

16 Noyabr 2023 , 19:29
Azərbaycan nümayəndə heyəti OECD-nin İnkişafa Yardım Komitəsinin yüksək səviyyəli iclasında iştirak edib

Noyabrın 15-də Paris şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Azərbaycanın iştirakçı statusunda təmsil olunduğu İnkişafa Yardım Komitəsinin (DAC) yüksək səviyyəli iclası keçirilib.

Bu barədə "Operativ Media"ya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə ölkəmizi XİN-in nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) təmsil edib.

Tədbirdə ABŞ, Birləşmiş Krallıq, Yaponiya, Almaniya, Koreya Respublikası, İtaliya, Fransa, İsveç, İspaniya və Danimarka kimi DAC üzvü donor ölkələrlə yanaşı komitədə iştirakçı statusa sahib olan və ya tərəfdaş ölkə hesab olunan Azərbaycan, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Bolqarıstan, Rumıniya və İndoneziya daxil olmaqla ümumilikdə 50-dən artıq dövlət və 10-a yaxın beynəlxalq qurum iştirak edib.

Tədbirin əsas məqsədi beynəlxalq inkişafa yardım sahəsində əldə olunmuş nəticələrin, gələcək fəaliyyətlə bağlı gündəlikdə duran məsələlərin, eləcə də Komitədə təmsil olunan ölkələr və beynəlxalq qurumlar arasında inkişafa yardımla bağlı mümkün əməkdaşlıq imkanlarının müzakirəsi olub.

AİDA-nın rəisi Elməddin Mehdiyev tədbirdə çıxış edərək, iclas iştirakçılarına yeni donor ölkəsi kimi Azərbaycanın əldə etdiyi uğurlar və beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi həyata keçirdiyi fəal beynəlxalq yardım siyasəti barədə məlumat verib. Azərbaycanın COVID-19 pandemiyasına qarşı qlobal mübarizəyə verdiyi əhəmiyyətli töhfələr, Qoşulmama Hərəkatına sədrliyimiz çərçivəsində həyata keçirilmiş mühüm inkişafa yardım təşəbbüsləri, o cümlədən xarici tələbələr üçün təsis olunmuş beynəlxalq təhsil qrantı proqramları, ikitərəfli və çoxtərəfli əsasda göstərilmiş yardımlar və cari ilin mart ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən elan olunmuş Afrika ölkələri və İnkişaf etməkdən olan kiçik ada dövlətlərinə postpandemiya dövründə dəstək verilməsi ilə bağlı Qlobal Çağırışlar XİN nümayəndəsi tərəfindən qeyd olunub.

Səfər çərçivəsində 14-15 noyabr tarixlərində beynəlxalq inkişafa yardım sahəsində dünyanın ən nüfuzlu əlaqələndirici və siyasət müəyyənləşdirici təsisatı hesab olunan OECD DAC-ın rəhbər şəxsləri ilə ikitərəfli görüşlər keçirilib.

OXŞAR XƏBƏRLƏR
Mikayıl Cabbarov Türkmənistanın bir sıra rəsmiləri ilə əlaqələri müzakirə edib

Mikayıl Cabbarov Türkmənistanın bir sıra rəsmiləri ilə əlaqələri müzakirə edib

Azərbaycan BMT-nin proqramının İcraiyyə Şurasının III sessiyasında təmsil olunur

Azərbaycan BMT-nin proqramının İcraiyyə Şurasının III sessiyasında təmsil olunur

Azərbaycan XİN nümayəndəsi AHİM-in Ermənistanın mövqeyini ifşa etməsindən danışıb

Azərbaycan XİN nümayəndəsi AHİM-in Ermənistanın mövqeyini ifşa etməsindən danışıb

XƏBƏR LENTİ
  • Dünən
    23:33

    Papanın Dubay səfəri təxirə salınıb
  • Dünən
    23:08

    Kiyev vilayətində hava hücumu xəbərdarlığı elan edilib
  • Dünən
    22:57

    Netanyahu: İsrailin məqsədi Qəzzanın demilitarizasiyası və deradikalizasiyasıdır
  • Dünən
    22:43

    BMT: Fələstinin tam üzvlüklə bağlı qərar üzv dövlətlərin üzərinə düşür
  • Dünən
    22:28

    Qazaxıstanda sovetyönlü "Xalq şurası"nın üzvləri separatizmdə təqsirli bilinib
  • Dünən
    22:20

    "Bayern" Noyerlə müqaviləni yenilədi
  • Dünən
    22:13

    KİV: Qəzzada beşinci qrup girovların BQXK nümayəndələrinə təhvil verilməsinə başlanılıb
  • Dünən
    22:05

    Azərbaycan millisi Mərakeşə məğlub oldu
Menyu