İsveç Türkiyəyə terrorla mübarizə planını təqdim edəcək
Nərmin Qocamanlı
İsveç NATO-ya üzvlük prosesi çərçivəsində Türkiyəyə terrorla mübarizə üçün yol xəritəsi təqdim edəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi Türkiyə xarici işlər nazirinin müavini Burak Akçapara istinadən xəbər verir.
Agentliyin məlumatına görə, Türkiyə xarici işlər nazirinin müavini Akçapar bildirib ki, İsveçin Şimali Atlantika Alyansına qoşulması “Avro-Atlantik bölgəni daha təhlükəsiz edəcək” və eyni zamanda Ankara ilə Stokholm arasında ikitərəfli münasibətlərin inkişafına töhfə verəcək .
"İsveç Türkiyəyə terrorla mübarizə üçün atmalı olduğu öhdəlikləri və addımları ehtiva edən yol xəritəsi təqdim edəcək", - Akçapar qeyd edib.