Menyu

Sahibə Qafarova: "Hazırda regionda sülh gündəliyi üçün yaxşı imkanlar var"

Sahibə Qafarova: "Hazırda regionda sülh gündəliyi üçün yaxşı imkanlar var"

"Hazırda regionda sülh gündəliyi üçün yaxşı imkanlar var".

"Operativ Media" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 17-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində MDB iştirakçısı olan Dövlətlərin Parlamentlərarası Assambleyasının 56-cı plenar iclasında çıxışında bildirib.

O, Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə ölkəmizin Ermənistanla münasibətlərin normallaşmasını və sülh müqaviləsinin imzalanmasını dəstəklədiyini ifadə etdiyini xatırladıb.

S.Qafarova diqqətə çatdırıb ki, bu gün Qarabağ bölgəsində erməni işğalından azad edilmiş ərazilərdə Azərbaycan fəal şəkildə genişmiqyaslı bərpa və quruculuq işlərini davam etdirir. “Böyük qayıdış” proqramının icrası çərçivəsində keçmiş məcburi köçkünlər artıq Laçın və Füzuli şəhərlərinə, eləcə də bir sıra kəndlərə qayıdıblar:

"2026-cı ilin sonuna kimi 140 mindən çox insanın Qarabağa və Şərqi Zəngəzura qaytarılması planlaşdırılır".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər