http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

BƏM Ermənistanın Azərbaycana qarşı 10 iddiasından 7-ni rədd edib

17 Noyabr 2023 , 20:24
BƏM Ermənistanın Azərbaycana qarşı 10 iddiasından 7-ni rədd edib

Beynəlxalq Ədalət Məhkəməsi 17 noyabr 2023-cü il tarixli qərarı ilə Ermənistanın Azərbaycana qarşı 10 iddiasından 7-ni rədd edib.

"Operativ Media" xəbər verir ki, Məhkəmə Azərbaycanın Qarabağ üzərində suverenliyini və ərazi bütövlüyünü təsdiq edib.

Həmçinin:

-Məhkəmə Azərbaycanın hərbi və hüquq-mühafizə orqanlarının Qarabağ bölgəsindən çıxarılması ilə bağlı əsassız və gülünc tələbini rədd edib.

-Məhkəmə Azərbaycan hökumətinin Qarabağın erməni sakinləri ilə bağlı artıq bəyan olunmuş siyasətini qəbul edib. Bu, milli və ya etnik mənşəyindən asılı olmayaraq bütün sakinlərin təhlükəsizliyini və mühafizəsini təmin etmək barədə öhdəliyimizi əhatə edir.

-Məhkəmə Ermənistanın BMT agentliklərinin Qarabağ bölgəsinə səfəri və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə əməkdaşlıq barədə iddiasına əhəmiyyət verməyib, bununla da, beynəlxalq təşkilatların bölgəyə girişi ilə bağlı ölkəmizə qarşı bütün iddiaları mahiyyətcə əsassız edib. Məhkəmənin Azərbaycan tərəfindən mədəniyyət abidələrinin və artefaktlar ilə bağlı Ermənistanın iddialarını rədd etməsi Azərbaycanın həyata keçirdiyi müsbət tədbirlərin təsdiqidir.

-Məhkəmə müvafiq ittihamlarla saxlanılan qanunsuz separatçı rejimlə əlaqəsi olan şəxslərlə bağlı Ermənistanın iddiasını eyni şəkildə təmin etməyib.

-Azərbaycanın İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında Beynəlxalq Konvensiya (CERD) öhdəliklərinin pozuntusu Məhkəmə tərəfindən təsdiqlənməyib və Ermənistanın bu iddiası da rədd edilib.//APA//

OXŞAR XƏBƏRLƏR
Mirzoyan və Borrel Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Mirzoyan və Borrel Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Prezidentin köməkçisi: Bu il startapların sayı 3 dəfə artıb

Prezidentin köməkçisi: Bu il startapların sayı 3 dəfə artıb

İsrail Qəzza zolağında humanitar atəşkəsin müddətini uzadıb

İsrail Qəzza zolağında humanitar atəşkəsin müddətini uzadıb

XƏBƏR LENTİ
  • 12:47

    Mahir Emreli "Astana" ilə oyundan danışıb
  • 12:34

    Murovdağ tunelində 14 km-lik qazma işləri artıq tamamlanıb
  • 12:32

    Qalada qanunsuz tikililər sökülüb
  • 12:14

    "Nant" baş məşqçisini qovdu
  • 12:12

    Elşad Nuriyev: Gələcəkdə azad olunan ərazilərdə sənayedə təhlükəsizlik süni intellektlə təmin olunacaq
  • 12:06

     “Xəzinə” hazırlıq kurslarının vəzifəli şəxsi barəsində cinayət işi başlanıb
     “Xəzinə” hazırlıq kurslarının vəzifəli şəxsi barəsində cinayət işi başlanıb
  • 12:04

    İqtisadi Şura və AİH Müşahidə Şurasının birgə iclası keçirilib
  • 11:35

    Vüsal Ağayev: "Sənayə və Dağ mədən nəzarəti sahəsində kadr məsələsi çox çətin məsələdir"
Menyu