http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycan Ermənistana beşinci dəfə yenilənmiş sülh sazişi layihəsi təqdim edib - Hikmət Hacıyev

18 Noyabr 2023 , 11:43
Azərbaycan Ermənistana beşinci dəfə yenilənmiş sülh sazişi layihəsi təqdim edib - Hikmət Hacıyev

Azərbaycan Ermənistana beşinci dəfə yenilənmiş sülh sazişi layihəsi təqdim edib.

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə jurnalistərə deyib.

H.Hacıyev qanunsuz erməni rejiminin tərksilah olunaraq Azərbaycan ərazisini tərk etdiyin bildirib.

"Bu, Ermənistanla Azərbaycan arasında sülh razılaşması yolunda maneələri aradan qaldırır. Düşünürük ki, iki ölkə arasında antaqonizmə və düşmənçiliyə son qoymaq, Azərbaycanın Ermənistana təklif etdiyi beş prinsipə əsaslanan davamlı sülhü inşa etmək üçün tarixi imkan yaranıb", - o deyib.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan daha geniş Avrasiya xəritəsində ən uzunmüddətli münaqişələrdən birinin həll modelini yaradıb.

"Minsk qrupunun həmsədrliyi uğursuzluğa düçar oldu, çünki onun məqsədi Azərbaycan ərazisinin Ermənistanın işğalı altında qalmasının davam etməsindən ibarət idi. Biz hərbi işğala son qoyduq. Azərbaycan artıq sülhü və Ermənistanla münasibətlərin normallaşmasını prioritet hesab edir. Lakin istənilən sülh sazişi iki tərəfin iştirakını tələb edir və Ermənistan xoş məram nümayiş etdirməlidir. Biz Ermənistana sülh sazişinin beşinci yenilənmiş layihəsini təqdim etdik, lakin artıq iki aydır ki, onlar reaksiya vermirlər", - Hikmət Hacıyev deyib.

O, Cənubi Qafqazda yeni reallıqların formalaşdığını, qanunilik və legitimliyin bu yeni reallıqların əsasında dayandığını qeyd edib.

"Biz regional təhlükəsizliyin yeni, ədalətə, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımağa və bütün ərazi iddialarına son verməyə əsaslanmış arxitekturasını inşa etmək istəyirik. Fikrimcə, biz sülhə nail olmalıyıq və əlavə tərəfdaşlar bu sazişi dəstəkləyə bilər", - H.Hacıyev deyib.

O qeyd edib ki, münaqişənin "dondurulduğu" dövrdə Avropa Parlamentində Azərbaycanofobiya və Azərbaycana qarşı islamofobiya təzahür edirdi.

"Aİ Şurası bu yaxında Azərbaycanı tənqid edən bəyanat yayıb və biz bunu yersiz hesab edirik. Azərbaycanın əraziləri işğal altında olduğu dövrdə Avropa institutları heç vaxt ədalətlə yanaşmayıb. Uzun illər ərzində Gürcüstan, Moldova, Ukrayna və Azərbaycanda separatçı birləşmələrə qarşı müxtəlif yanaşmalar mövcud olub", - Prezidentin köməkçisi deyib.

O, Aİ-nin Fransa kimi bəzi üzv ölkələrinin Ermənistanda militarizasiya proqramını başlatdığını əlavə edib.

"Biz militarizasiyanı dəstəkləmirik. Ermənistana militarizasiya proqramı lazım deyil. Sülh proqramı lazımdır. Fransa Ermənistana raket silahları ilə zirehli maşınlar göndərir. Ermənistan Fransadan, həmçinin, üç radiolokasiya sistemi və yaxın məsafəli "Mistral" "yer-hava" sinifli raketlər satın alır. Biz həmişə Fransa kimi üzv dövlətlərə Azərbaycan ərazisində separatizmi dəstəkləməməsi və regionumuzda erməni revanşizmini və ya geosiyasi oyunları təşviq etməmələri barədə xəbərdarlıq etmişik. Fikrimizcə, tarixi imkan yaranıb və müvafiq Avropa institutları regionda sülh gündəminin təşviqi üçün problemin deyil, həllin bir hissəsi olmalıdırlar", - deyə o sonda deyib.

OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov: Bəzi üçüncü tərəflərin bölgədə destruktiv fəaliyyəti bölgədə sülhə xidmət etmir

Ceyhun Bayramov: Bəzi üçüncü tərəflərin bölgədə destruktiv fəaliyyəti bölgədə sülhə xidmət etmir

Ceyhun Bayramov Azərbaycan tədqiqatları üzrə II Avropa Konfransında çıxış edib

Ceyhun Bayramov Azərbaycan tədqiqatları üzrə II Avropa Konfransında çıxış edib

Sahibə Qafarova Çex Respublikasında rəsmi səfərdədir

Sahibə Qafarova Çex Respublikasında rəsmi səfərdədir

XƏBƏR LENTİ
  • 09:03

    Abşeronda ətraf mühiti çirkləndirən mebel sexinin sahibi cərimələnib
  • Dünən
    23:21

    Atəşkəsdən sonra Qəzzada 200-ə yaxın adamın öldüyü bildirilir
  • Dünən
    23:13

    Azərbaycan yığması liderliyi təmin etdi
  • Dünən
    23:01

    Putinin fərmanı ilə Rusiya SQ hərbçilərinin sayı təxminən 170 min nəfər artacaq
  • Dünən
    22:53

    Türkiyə ordusu Şimali İraqda PKK-ya məxsus 16 hədəfi məhv edib
  • Dünən
    22:42

    Almaniyada terror hazırlığında şübhəli bilinən şəxs həbs edilib
  • Dünən
    22:27

    Vəkillər Kollegiyasında Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib
  • Dünən
    22:14

    İsrail ordusu Hizbullahın infrastrukturuna hücumlar təşkil edib
Menyu