
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurasının İranda insan haqları pozuntularını araşdırmaq üçün araşdırma qrupu təyin etmək təklifinin yekdilliklə təsdiqlənməsinə reaksiya verib.
"Operativ Media" xəbər verir ki, bu barədə xarici işlər naziri Abdullahiyan "Twitter" hesabında paylaşım edib.
Abdullahiyan paylaşımda “Səddamın İran xalqına qarşı istifadə etdiyi kimyəvi silahların əsas tədarükçüsü olan Berlin rejimi və digər fürsət axtaranlar ədalətsiz və qeyri-insani sanksiyaları ilə illərdir insan haqlarını kobud şəkildə pozurlar. "deyib.
"İran xalqına qarşı daha çox insan hüquqlarına zidd hərəkətlər etmək üçün insan haqları mexanizmlərindən riyakarcasına sui-istifadə edildiyini” müdafiə edən Abdullahiyan bütün bunların “iranlılarla yalançı “həmrəylik” adı ilə edildiyini bildirib.
Abdullahiyan mesajını belə davam etdirib:
“Daha da utanc vericidir ki, onlar bunu öz dəyərsiz oyunları üçün edirlər. Bu ölkələr bilməlidir ki, qüdrətli İran insan haqlarına sadiqdir, lakin heç bir ölkənin onların daxili işlərinə qarışmasına imkan vermir”.
Qeyd edək ki, BMT-nin İnsan Haqları Şurasında keçirilən xüsusi iclasda İranda sentyabrın 16-dan bəri davam edən etirazlara təhlükəsizlik qüvvələrinin müdaxiləsi zamanı hüquqların pozulması ilə bağlı iddialar müzakirə edilib.
Sessiyanın sonunda hüquqların pozulması ilə bağlı iddiaların araşdırılması üçün tədqiqat qrupunun təyin edilməsi haqqında qərar layihəsi Şuraya təqdim edilib və qərar 25 səs çoxluğu ilə qəbul edilib.