http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

XİN Paşinyanın iddialarına cavab verib

18 Noyabr 2023 , 19:57
XİN Paşinyanın iddialarına cavab verib

Bu dəfə də Ermənistan baş naziri öz ziddiyyətli fikirləri ilə yadda qalıb. Ermənistan tərəfi iki aydan artıq müddətdə yubatdığı “sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsinə şərhləri təqdim etmək və müqavilə üzrə danışıqlara başlamaq əvəzinə Azərbaycana qarşı iddialar səsləndirməsi qəbuledilməzdir.

"Operativ Media" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş nazirinin ATƏT Parlament Assambleyasının sessiyası zamanı çıxışına dair şərhində bildirib.

Ermənistan baş nazirinin baza prinsiplər və sərhədlərin demarkasiyası üzrə iki ölkə arasında anlaşma olduğunu, Ermənistan və Azərbaycanın ərazi iddialarının olmadığını bildirməklə yanaşı, ölkəmizin Ermənistana qarşı müharibəyə hazırlaşdığını bəyan etməsi Ermənistan rəsmilərinin bəyanatlarında nə dərəcədə ziddiyyətli yanaşma tətbiq etdiklərinin göstəricisidir.

 

Son üç il ərzində Azərbaycan tərəfindən 5 baza prinsipləri, sərhədlərin demarkasiyası, kommunikasiyaların açılması və sülh müqaviləsinin imzalanması istiqamətində irəli sürülmüş təşəbbüslərə baxmayaraq, Ermənistan tərəfi bu prosesə maneçilik törədib.

 

Azərbaycan tərəfindən indiyə qədər 100-ə yaxın erməni əsirin geri qaytarılmasına baxmayaraq, Ermənistan tərəfinin bunun müqabilində sərhəddi səhvən keçərən əsir götürülmüş şəxslərin geri qaytarılması barədə etimad quruculuğu səylərini pozması, 2 nəfər Azərbaycan hərbçisini əsir götürməsi, Ermənistan tərəfinin saxlanılan şəxslərin geri qaytarılması məsələsinə ciddi yanaşmadığını göstərir.

 

Ermənistanın baş nazirinin “Qərbi Azərbaycan İcmasının” nümayəndələrinin öz doğma torpaqlarınına təhlükəsiz və ləyaqətli şəkildə qayıtması istəyinin və bu istiqamətdə apardıqları təbliğatın Ermənistana qarşı “təcavüzə hazırlıq” kimi qələmə verilməsi tamamilə əsassızdır.

 

Müxtəlif beynəlxalq platformalardan istifadə etməklə ölkəmizə qarşı aqressiv böhtan xarakterli ritorikanı davam etdirən Ermənistan tərəfinə sülh perspektivlərinə xələl gətirən açıqlamalardan əl çəkməyə və Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün yaranmış tarixi imkanlardan istifadə etməyə çağırırıq.

 

Ümidvarıq ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, yaxın zamanda sülh müqaviləsinin imzalanması istiqamətində Azərbaycan tərəfindən edilən çağırışlara Ermənistan tərəfindən adekvat cavab veriləcəkdir.

OXŞAR XƏBƏRLƏR
Mikayıl Cabbarov Türkmənistanın bir sıra rəsmiləri ilə əlaqələri müzakirə edib

Mikayıl Cabbarov Türkmənistanın bir sıra rəsmiləri ilə əlaqələri müzakirə edib

Azərbaycan BMT-nin proqramının İcraiyyə Şurasının III sessiyasında təmsil olunur

Azərbaycan BMT-nin proqramının İcraiyyə Şurasının III sessiyasında təmsil olunur

Azərbaycan XİN nümayəndəsi AHİM-in Ermənistanın mövqeyini ifşa etməsindən danışıb

Azərbaycan XİN nümayəndəsi AHİM-in Ermənistanın mövqeyini ifşa etməsindən danışıb

XƏBƏR LENTİ
  • Dünən
    23:33

    Papanın Dubay səfəri təxirə salınıb
  • Dünən
    23:08

    Kiyev vilayətində hava hücumu xəbərdarlığı elan edilib
  • Dünən
    22:57

    Netanyahu: İsrailin məqsədi Qəzzanın demilitarizasiyası və deradikalizasiyasıdır
  • Dünən
    22:43

    BMT: Fələstinin tam üzvlüklə bağlı qərar üzv dövlətlərin üzərinə düşür
  • Dünən
    22:28

    Qazaxıstanda sovetyönlü "Xalq şurası"nın üzvləri separatizmdə təqsirli bilinib
  • Dünən
    22:20

    "Bayern" Noyerlə müqaviləni yenilədi
  • Dünən
    22:13

    KİV: Qəzzada beşinci qrup girovların BQXK nümayəndələrinə təhvil verilməsinə başlanılıb
  • Dünən
    22:05

    Azərbaycan millisi Mərakeşə məğlub oldu
Menyu