Menyu

Dünyada qızılcadan ölüm halları 40 faiz artıb

Nərmin Qocamanlı
Dünyada qızılcadan ölüm halları 40 faiz artıb
1 dəq oxu

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) yeni hesabatına əsasən, qızılcaya yoluxma halları və ölüm halları 2021-2022-ci illər arasında kəskin şəkildə artıb.

"Operativ Media" xəbər verir ki, CDC-nin həftəlik hesabatının bir hissəsi olaraq dərc edilən araşdırma, həmin tarixlərdə qızılcaya yoluxma hallarının təxmin edilən sayında 18 faiz artım olduğunu ortaya qoyub.

Bu statistika, yoluxmaların sayının 2021-ci ildəki 7,8 milyondan bir il ərzində 9,2 milyona yüksəlməsi deməkdir.

Həmçinin qızılcadan ölənlərin sayının 43 faiz artdığı bildirilib. Beləliklə, ölənlərin sayı 95 mindən 136 minə yüksəlib.

Əlaqəli Xəbərlər