http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

İraq Prezidenti Əbdüllətif Camal Rəşidin rəsmi qarşılanma mərasimi olub

20 Noyabr 2023 , 11:20
İraq Prezidenti Əbdüllətif Camal Rəşidin rəsmi qarşılanma mərasimi olub

Azərbaycan Respublikasına rəsmi səfərə gələn İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin noyabrın 20-də rəsmi qarşılanma mərasimi olub. xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda İraq Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev İraq Prezidenti Əbdüllətif Camal Rəşidi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi İraq Prezidentinə raport verdi.

Prezident Əbdüllətif Camal Rəşid Azərbaycan əsgərlərini salamladı.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

İraq Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Azərbaycan nümayəndə heyəti İraq Prezidentinə, İraq nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və İraq Prezidenti Əbdüllətif Camal Rəşidin qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

OXŞAR XƏBƏRLƏR
Mikayıl Cabbarov Türkmənistanın bir sıra rəsmiləri ilə əlaqələri müzakirə edib

Mikayıl Cabbarov Türkmənistanın bir sıra rəsmiləri ilə əlaqələri müzakirə edib

Azərbaycan BMT-nin proqramının İcraiyyə Şurasının III sessiyasında təmsil olunur

Azərbaycan BMT-nin proqramının İcraiyyə Şurasının III sessiyasında təmsil olunur

Azərbaycan XİN nümayəndəsi AHİM-in Ermənistanın mövqeyini ifşa etməsindən danışıb

Azərbaycan XİN nümayəndəsi AHİM-in Ermənistanın mövqeyini ifşa etməsindən danışıb

XƏBƏR LENTİ
  • Dünən
    23:33

    Papanın Dubay səfəri təxirə salınıb
  • Dünən
    23:08

    Kiyev vilayətində hava hücumu xəbərdarlığı elan edilib
  • Dünən
    22:57

    Netanyahu: İsrailin məqsədi Qəzzanın demilitarizasiyası və deradikalizasiyasıdır
  • Dünən
    22:43

    BMT: Fələstinin tam üzvlüklə bağlı qərar üzv dövlətlərin üzərinə düşür
  • Dünən
    22:28

    Qazaxıstanda sovetyönlü "Xalq şurası"nın üzvləri separatizmdə təqsirli bilinib
  • Dünən
    22:20

    "Bayern" Noyerlə müqaviləni yenilədi
  • Dünən
    22:13

    KİV: Qəzzada beşinci qrup girovların BQXK nümayəndələrinə təhvil verilməsinə başlanılıb
  • Dünən
    22:05

    Azərbaycan millisi Mərakeşə məğlub oldu
Menyu