Tailandın baş naziri Baydeni ölkəsinə səfərə dəvət edib
Nərmin Qocamanlı
ABŞ prezidenti Co Bayden Tailandın baş naziri Setthi Thaweesindən ölkəyə səfərə dəvət alıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Bangkok Post məlumat yayıb.
Bu səfər Amerika liderinin on ildən artıq müddətdə krallığa ilk rəsmi səfəri ola bilər.
Nəşrin məlumatına görə, Thavisin noyabrın 19-da San-Fransiskoda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitinin başa çatması münasibətilə təşkil olunan qala şam yeməyi zamanı Baydenlə söhbət edib. Tailandın baş naziri əmin edib ki, Tailand böyük Amerika şirkətləri üçün istehsal bazasına çevrilməyə hazırdır və ABŞ prezidentini ölkəyə səfərə dəvət edib.
Teqlər:
"Tailand\u0131n ba\u015f naziri Baydeni \u00f6lk\u0259sin\u0259 s\u0259f\u0259r\u0259 d\u0259v\u0259t edib"