http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Leo Dokreti Ermənistanda səfərdədir - YENİLƏNİB 2

20 Noyabr 2023 , 17:18
Leo Dokreti Ermənistanda səfərdədir - YENİLƏNİB 2

Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Leo Dokerti İrəvanda Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb.

"Operativ Media" xəbər verir ki, Paşinyan Ermənistanla Böyük Britaniya arasında əlaqələrin aktiv olduğunu qeyd edib, bu yaxınlarda keçirilmiş Ermənistan-Böyük Britaniya Strateji Dialoqunun ilk iclasının əhəmiyyətini vurğulayıb.

Tərəflər Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesi ilə bağlı müzakirələr aparıb. Tərəflər Brüsseldə keçirilən üçtərəfli görüşlərdə razılaşdırılmış prinsiplər əsasında sülh prosesinin davam etdirilməsinin vacibliyini vurğulayıb.

***

17:18

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvanda səfərdə olan Böyük Britaniyanın Avropa naziri Leo Dokerti ilə görüşüb.

"Operativ Media"xəbər verir ki, bu barədə Armen Qriqoryan öz “Facebook” hesabında bidlirib.

“Biz geosiyasi və regional təhlükəsizlik məsələləri ətrafında müzakirə apararaq, regionumuzda sülhün alternativinin olmadığını vurğuladıq”, - deyə Qriqoryan bildirib.

 

***

12:36

Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Leo Dokerti noyabrın 20-də Cənubi Qafqaz turuna başlayır.

"Operativ Media" xəbər verir ki, bu barədə "Armenpress" Britaniya səfirliyinin bəyanatına istinadən xəbər verir.

Qeyd olunub ki, Britaniya səfirinin bu gün İrəvana səfər edəcəyi gözlənilir.

Nazir daha sonra Gürcüstana və Azərbaycana səfər edəcək.

Bildlirilib ki, səfər çərçivəsində nazir Dokerti Azərbaycanın Qarabağ bölgəsində baş verən son hadisələrdən sonra Ermənistan və Azərbaycan liderlərini tarixi razılaşmaya nail olmaq və regionda davamlı sülhü təmin etmək üçün beynəlxalq vasitəçiliyə əsaslanan danışıqlarda iştirak etməyə çağıracaq:

“Sentyabr ayında Böyük Britaniya Dağlıq Qarabağda və daha geniş regionda vəziyyətə humanitar yardımı dəstəkləmək üçün Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) 1 milyon funt sterlinq yardım edib. Böyük Britaniya Azərbaycana minatəmizləmə sahəsində dəstək verən, dünya üzrə qabaqcıl avadanlıq təmin edən və yerli hakimiyyət orqanlarına minatəmizləmə təlimi keçirən ilk ölkələrdən biri olub", - səfirliyin məlumatında qeyd olunub.

OXŞAR XƏBƏRLƏR
Xəzərsahili dövlətlərin xarici işlər nazirləri görüşəcək

Xəzərsahili dövlətlərin xarici işlər nazirləri görüşəcək

Pərviz Şahbazov BƏƏ-də COP28 çərçivəsində təşkil olunacaq tədbirlərə qatılacaq

Pərviz Şahbazov BƏƏ-də COP28 çərçivəsində təşkil olunacaq tədbirlərə qatılacaq

Azərbaycan rəsmiləri Çində Qarabağdakı ekoloji mühiti dəstəkləyən investisiyaların təşviqini müzakirə edib

Azərbaycan rəsmiləri Çində Qarabağdakı ekoloji mühiti dəstəkləyən investisiyaların təşviqini müzakirə edib

XƏBƏR LENTİ
  • 00:18

    "Azərbaycanın ən parlaq ulduzu" mükafatının qalibləri bəlli olub
  • Dünən
    23:55

    Rusiyada hərbi xidmət müddəti iki ilə qədər uzadıla bilər
  • Dünən
    23:36

    Filippin sahillərində güclü zəlzələ baş verib
  • Dünən
    23:33

    "Beşiktaş" klubunun yeni prezidenti bəlli oldu
  • Dünən
    23:23

    HƏMAS İsrail əsgərlərinin olduğu tuneli partladıb
  • Dünən
    23:12

    İsrail Qırmızı dənizə döyüş gəmiləri və sualtı qayıq göndərib
  • Dünən
    23:02

    Tanzaniyada daşqınlar 20 nəfərin həyatına son qoydu
  • Dünən
    22:51

    Qaxda qızılcaya ilk yoluxma qeydə alındı
Menyu