Si Cinpin və Makron arasında telefon danışığı olub
Nərmin Qocamanlı
Çin Prezidenti Si Cinpin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
"Operativ Media" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Onlar, telefon danışığı zamanı Fələstin-İsrail münaqişəsini müzakirə ediblər:
"İki dövlətin başçıları Fələstin-İsrail münaqişəsi ilə bağlı fikir mübadiləsi aparıblar. Hər iki dövlətin başçısı hesab edir ki, birinci prioritet İsrail və Fələstin arasında vəziyyətin daha da pisləşməsinə yol verməmək, xüsusilə də daha ciddi humanitar münaqişənin yaranmasına imkan verməməkdir. Böhran vəziyyətində İsrail-Fələstin münaqişəsindən əsas çıxış yolu iki dövlətin birgə yaşaması üçün həll yollarının həyata keçirilməsidir”.
Teqlər:
"Si Cinpin v\u0259 Makron aras\u0131nda telefon dan\u0131\u015f\u0131\u011f\u0131 olub"