25 Noyabr 2022, 11:33
Gürcüstan anti-Rusiya sanksiyalarına qoşulmayacaq

Gürcüstan anti-Rusiya sanksiyalarına qoşulmayacaq.
"Operativ Media" xəbər verir ki, bunu hakim “Gürcü arzusu” partiyasının baş katibi Kaxa Kaladze deyib.
"Ölkəmizin maraqlarını və orada yaşayan insanların mənafeyini qoruyacağıq. Əgər sanksiyalara qoşulsaq, bundan kim əziyyət çəkəcək? Yalnız biz, ölkəmiz, hansısa gəlir əldə etmək üçün 24 saat işləyən xalqımız", - İmedi telekanalının efirində Kaladze deyib.