"Mən bir daha Ermənistan azərbaycanlı qardaşlarımızın uzatdıqları sülh əlini tutmağa çağırıram".
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra mətbuata açıqlaması zamanı bildirib.
"Bəzi Qərb dövlətləri indi də Qarabağ müharibəsindən sonra bölgədə yeni reallıqların başladığını dərk edə bilmirlər. Ermənistan dövləti və xalqı təhlükəsizlik məsələlərinin həllini uzaqda deyil, qonşuları ilə sülh və əməkdaşlıq şəraitində axtarmalıdırlar", - Ərdoğan qeyd edib.