http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Prezident İranla münasibətlərdən danışdı

25 Noyabr 2022 , 12:19
Prezident İranla münasibətlərdən danışdı

"Azərbaycan ərazilərinin işğalı dövründə İran silahlı qüvvələri Azərbaycan sərhədinin işğal olunmuş hissəsində heç vaxt heç bir təlim keçirməyib. Onlar bunu edə bilərdi"

"Operativ Media" xəbər verir ki, bu fikri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransında çıxışında deyib.

"Azərbaycan sərhədinin 132 kilometri işğal altında idi. Bu da Azərbaycanla İranın sərhədidir. Bəs niyə bu sərhəddə hərbi təlimlər keçirmədilər? İran rəsmiləri, o cümlədən yüksək rütbəli şəxslər Ermənistanın ərazi bütövlüyünün İran üçün qırmızı xətt olduğunu bildirir. Niyə onların heç biri bizim haqqımızda da danışmır? 30 ildir ki, ərazilərimiz işğal altındadır. İran rəsmilərindən Azərbaycanın ərazi bütövlüyünün İran üçün qırmızı xətt olduğunu eşidən varmı? Yox. Bu, Azərbaycan xalqının verdiyi sadə sualdır. Təkcə mənim yox. Mən İranın üç keçmiş prezidenti - Hatəmi, Əhmədinejad və Ruhani ilə işləmişəm. Bu qədər illərdir ki, indiki kimi vəziyyət heç vaxt olmayıb. İran heç vaxt sərhədlərimizdə bir neçə ay ardıcıl iki hərbi əməliyyat keçirməyib. Biz hər zaman Azərbaycan əleyhinə olan istənilən addıma cavab vermişik və bundan sonra da verəcəyik. Ona görə də biz onlardan qorxmadığımızı nümayiş etdirmək üçün İranla sərhəddə hərbi təlimlərə başlamağa məcbur olduq. Biz öz həyat tərzimizi, Azərbaycanın və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların dünyəvi inkişaf vektorunu qorumaq üçün əlimizdən gələni edəcəyik. Onlar bizim xalqımızın bir parçasıdır". - deyə Prezident bildirib.

OXŞAR XƏBƏRLƏR
UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu