Menyu

Prezident: Əsrlər keçsə də Fransa kolonializminin utancverici yeni metodları bu gün də davam etməkdədir

Nərmin Qocamanlı
Prezident: Əsrlər keçsə də Fransa kolonializminin utancverici yeni metodları bu gün də davam etməkdədir

Əsrlər keçsə də, siyasət və təfəkkür dəyişmədiyi üçün Fransa kolonializminin utancverici yeni metodları bu gün də davam etməkdədir.

"Operativ Media" xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 21-də Bakıda keçirilən “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində əksini tapıb.

Müraciətdə bu konfransda təmsil olunan dənizaşırı ərazilərin xalqlarının uzun illərdir müstəqillik uğrunda mübarizə apardıqlarını xüsusi vurğulayan Prezident İlham Əliyev qeyd edib: “Kolonializm tarixindən əl çəkə bilməyən Fransa Avropadan kənarda, Sakit, Hind və Atlantik okeanlarında dənizaşırı icma və ərazilərdə yaşayan xalqların azadlıq arzularına və hüquqlarına hörmət etmir, bu arzuların reallaşmasının qarşısının alınması üçün hər vəchlə çalışır. Həmçinin Afrika qitəsindəki keçmiş müstəmləkələrinin daxili işlərinə kobud müdaxilələr etməkdə davam edir, burada sabitliyin əldə edilməsinə maneə olur. Fransa kolonializmi barədə dənizaşırı regionlardan olan siyasətçilərin səsləndirdiyi fikirlər dəhşət doğurur”.

Teqlər:

"Prezident: \u018fsrl\u0259r ke\u00e7s\u0259 d\u0259 Fransa kolonializminin utancverici yeni metodlar\u0131 bu g\u00fcn d\u0259 davam etm\u0259kd\u0259dir"

Əlaqəli Xəbərlər