Menyu

Dövlət Departamenti: ABŞ Ermənistan və Azərbaycan arasında vasitəçi rolunu öz üzərinə götürməyə hazırdır

Nərmin Qocamanlı
Dövlət Departamenti: ABŞ Ermənistan və Azərbaycan arasında vasitəçi rolunu öz üzərinə götürməyə hazırdır

"Vaşinqton hər iki ölkənin hüquqlarına hörmət edildiyi uzunmüddətli və davamlı sülhə nail olmaq üçün Ermənistan və Azərbaycan arasında danışıqları asanlaşdırmağa hazırdır".

"Operativ Media" xəbərr verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller gündəlik brifinq  zamanı bildirib .

Millerin sözlərinə görə, Ermənistan və Azərbaycanın birbaşa müzakirəyə başlaması və məsələləri regionun xeyrinə həll etməsi vacibdir və ABŞ bu müzakirələrdə vasitəçi rolunu öz üzərinə götürməyə hazırdır.

“Biz gördük ki, digər ölkələr də bu danışıqlara öz töhfəsini verməyi təklif edirlər. Biz uzunmüddətli razılaşma əldə etmək üçün iki ölkə arasında üzbəüz danışıqların aparılmasını vacib hesab edirik”, - Miller əlavə edib.

Teqlər:

"D\u00f6vl\u0259t Departamenti: AB\u015e Erm\u0259nistan v\u0259 Az\u0259rbaycan aras\u0131nda vasit\u0259\u00e7i rolunu \u00f6z \u00fcz\u0259rin\u0259 g\u00f6t\u00fcrm\u0259y\u0259 haz\u0131rd\u0131r"

Əlaqəli Xəbərlər