25 Noyabr 2022, 13:42
Kreml Brüsseldə baş tutmalı olan İlham Əliyev və Paşinyan görüşünün təxirə düşməsinə reaksiya verib
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, yaxın vaxtlarda Paşinyanla İlham Əliyev arasında Rusiyada görüş planlaşdırılmır. Lakin belə bir görüş üçün Rusiya hər zaman hazırdır.
"Operativ Media"nın xəbərinə görə, o, həmçinin qeyd edib ki, Moskva Ermənistanla Azərbaycan arasında münasibətlərin tezliklə normallaşması və sülh müqaviləsinin hazırlanması üzərində işi davam etdirir.