http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

İraq Prezidenti Əbdüllətif Camal Rəşid İçərişəhərlə tanış olub

21 Noyabr 2023 , 15:55
İraq Prezidenti Əbdüllətif Camal Rəşid İçərişəhərlə tanış olub

Ölkəmizdə rəsmi səfərdə olan İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid noyabrın 21-də dünya mədəni irs abidələrindən biri olan İçərişəhərlə tanış olub.

"Operativ Media" xəbər verir ki, gəzinti zamanı ali qonaq orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan “Şirvanşahlar sarayı kompleksi”ni ziyarət edib.

Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.

Kiçik Qala küçəsi ilə gəzinti zamanı İraq Prezidentinə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan abadlaşdırma və bərpa işləri barədə məlumat verilib. Qeyd edilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri var və bunlar dövlət tərəfindən qorunur.

Əbdüllətif Camal Rəşid burada isti təndir çörəyinə qonaq edilib.

İçərişəhərlə tanışlıq ali qonaqda xoş təəssürat yaradıb.

OXŞAR XƏBƏRLƏR
Mikayıl Cabbarov Türkmənistanın bir sıra rəsmiləri ilə əlaqələri müzakirə edib

Mikayıl Cabbarov Türkmənistanın bir sıra rəsmiləri ilə əlaqələri müzakirə edib

Azərbaycan BMT-nin proqramının İcraiyyə Şurasının III sessiyasında təmsil olunur

Azərbaycan BMT-nin proqramının İcraiyyə Şurasının III sessiyasında təmsil olunur

Azərbaycan XİN nümayəndəsi AHİM-in Ermənistanın mövqeyini ifşa etməsindən danışıb

Azərbaycan XİN nümayəndəsi AHİM-in Ermənistanın mövqeyini ifşa etməsindən danışıb

XƏBƏR LENTİ
  • Dünən
    23:33

    Papanın Dubay səfəri təxirə salınıb
  • Dünən
    23:08

    Kiyev vilayətində hava hücumu xəbərdarlığı elan edilib
  • Dünən
    22:57

    Netanyahu: İsrailin məqsədi Qəzzanın demilitarizasiyası və deradikalizasiyasıdır
  • Dünən
    22:43

    BMT: Fələstinin tam üzvlüklə bağlı qərar üzv dövlətlərin üzərinə düşür
  • Dünən
    22:28

    Qazaxıstanda sovetyönlü "Xalq şurası"nın üzvləri separatizmdə təqsirli bilinib
  • Dünən
    22:20

    "Bayern" Noyerlə müqaviləni yenilədi
  • Dünən
    22:13

    KİV: Qəzzada beşinci qrup girovların BQXK nümayəndələrinə təhvil verilməsinə başlanılıb
  • Dünən
    22:05

    Azərbaycan millisi Mərakeşə məğlub oldu
Menyu