Menyu

Prezident: İranda elə məktəblər var ki, tədris ermənicədir, amma azərbaycandilli məktəblər yoxdur

Operativ Media
Prezident: İranda elə məktəblər var ki, tədris ermənicədir, amma azərbaycandilli məktəblər yoxdur

“Azərbaycanda tədrisin rus dilində aparıldığı 340 məktəb var. Respublikada gürcü dilində tədris olunan 10 məktəb də var. Gürcüstanda 116 Azərbaycan dili məktəbi fəaliyyət göstərir. İranda elə məktəblər var ki, orada tədris ermənicədir, amma Azərbaycan dilində dərs keçən məktəb yoxdur. Bu necə ola bilər? Əgər kimsə deyirsə ki, bu, daxili işlərə qarışmaqdır, biz bu cür bəyanatları qəti şəkildə rədd edirik. Azərbaycanın xarici siyasəti tamamilə aydındır - biz heç vaxt heç bir dövlətin daxili işinə qarışmamışıq və qarışmırıq”

"Operativ Media" xəbər verir ki, bu fikri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransında çıxışında deyib.

“Biz İran məktəblərində Azərbaycan dilində tədris məsələsini qaldırırıq, çünki əks halda öz ana dilində danışan İran azərbaycanlıları dilin ədəbi komponentini itirir, Azərbaycan dili ancaq gündəlik həyat səviyyəsində qalır” - Prezident əlavə edib.

Əlaqəli Xəbərlər