http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycan və İraq XİN başçılarının müavinləri arasında görüş olub

21 Noyabr 2023 , 18:35
Azərbaycan və İraq XİN başçılarının müavinləri arasında görüş olub

20 noyabr 2023-cü il tarixində xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İraq Respublikasının xarici işlər nazirinin ikitərəfli əlaqələr üzrə müavini Məhəmməd Hüseyn Bəhr Əl-Ulumun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Ölkəmizin tarixən etnik, dini və mədəni tellərlə bağlı olduğu İraq Respublikası ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini diqqətə çatdıran Y.Rəfiyev, son zamanlar Azərbaycan-İraq münasibətlərində artan dinamizm, bu xüsusda 20 noyabr tarixində İraq Prezidenti Əbdüllətif Cəmal Rəşidin Azərbaycana ilk rəsmi səfərinin və səfər zamanı aparılmış danışıqların və imzalanmış sənədlərin bunun bariz nümunəsi olduğunu bildirib.

Y.Rəfiyev Azərbaycan ilə İraq arasında mövcud siyasi dialoqun, iqtisadi-ticarət əlaqələrinin, parlamentlərarası və regionlararası əməkdaşlığın və mədəni mübadilələrin davamlı şəkildə irəli aparılmasının önəmini vurğulayaraq, qarşılıqlı səfər mübadilələrinin vacib əhəmiyyət kəsb etdiyini bildirib.

Görüş zamanı iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək mexanizmlərinin davam etdirilməsi və qarşılıqlı səfər mübadilələrinin intensivləşdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər iqtisadi-ticari, mədəniyyət, turizm, energetika, investisiya və digər müştərək maraq kəsb edən sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi baxımından hökümətlərarası komissiyanın vacib mexanizm olduğunu vurğulayaraq, cari ilin dekabr ayında komissiyanın Bağdadda keçiriləcək növbəti iclasının səmərəli nəticələr verəcəyinə dair əminliklərini ifadə ediblər.

OXŞAR XƏBƏRLƏR
Xəzərsahili dövlətlərin xarici işlər nazirləri görüşəcək

Xəzərsahili dövlətlərin xarici işlər nazirləri görüşəcək

Pərviz Şahbazov BƏƏ-də COP28 çərçivəsində təşkil olunacaq tədbirlərə qatılacaq

Pərviz Şahbazov BƏƏ-də COP28 çərçivəsində təşkil olunacaq tədbirlərə qatılacaq

Azərbaycan rəsmiləri Çində Qarabağdakı ekoloji mühiti dəstəkləyən investisiyaların təşviqini müzakirə edib

Azərbaycan rəsmiləri Çində Qarabağdakı ekoloji mühiti dəstəkləyən investisiyaların təşviqini müzakirə edib

XƏBƏR LENTİ
  • 00:18

    "Azərbaycanın ən parlaq ulduzu" mükafatının qalibləri bəlli olub
  • Dünən
    23:55

    Rusiyada hərbi xidmət müddəti iki ilə qədər uzadıla bilər
  • Dünən
    23:36

    Filippin sahillərində güclü zəlzələ baş verib
  • Dünən
    23:33

    "Beşiktaş" klubunun yeni prezidenti bəlli oldu
  • Dünən
    23:23

    HƏMAS İsrail əsgərlərinin olduğu tuneli partladıb
  • Dünən
    23:12

    İsrail Qırmızı dənizə döyüş gəmiləri və sualtı qayıq göndərib
  • Dünən
    23:02

    Tanzaniyada daşqınlar 20 nəfərin həyatına son qoydu
  • Dünən
    22:51

    Qaxda qızılcaya ilk yoluxma qeydə alındı
Menyu