Menyu

Səhiyyə Nazirliyi antibiotiklərdən istifadə ilə bağlı əhaliyə müraciət edib

Nərmin Qocamanlı
Səhiyyə Nazirliyi antibiotiklərdən istifadə ilə bağlı əhaliyə müraciət edib

Özbaşına antibiotik istifadəsi xəstəliyi ağırlaşdıra bilər.

"Operativ Media"  APA-ya istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, terapevt Zakir Quliyev deyib.

O deyib ki, həkim məsləhəti olmadan dərman qəbul edilməsi yolverilməzdir:

“Dərmanlara çox meyilli olmaq lazım deyil. Heç bir dərman “məsum” deyil. Antibiotiklərin bəziləri acqarına, bəziləri yeməkdən sonra qəbul edilir. Antibiotiklər hər gün eyni saatda qəbul edilməlidir. Eyni zamanda da antibiotiklərin neçə gün qəbul edilməsi həkim göstərişi ilə olmalıdır”, - deyə o əlavə edib.

Ağrıkəsicilərin qəbulu barədə danışan həkim bildirib ki, mədə qanaması, böyrək və qaraciyər çatışmazlığında nəzarətsiz qəbul edilən ağrıkəsicilərin rolu var:

“Bəzi hallarda ağrıkəsici qəbul etmək olar, lakin bunun davamlı olması yolverilməzdir”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər