Menyu

Stoltenberq: İsveç və ya Finlandiyaya qarşı aqressiya olarsa, NATO buna reaksiya verəcək

Nərmin Qocamanlı
Stoltenberq: İsveç və ya Finlandiyaya qarşı aqressiya olarsa, NATO buna reaksiya verəcək

 "İsveç və ya Finlandiyaya qarşı hər hansı hücum və ya aqressiv münasibət olarsa, NATO buna reaksiya verəcək".


"Operativ Media" xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq 29-30 noyabr tarixlərində Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək NATO Xarici İşlər Nazirləri Toplantısı öncəsi mətbuat konfransı zamanı bildirib.

İsveç və Finlandiyanın üzvlük müraciətləri ilə bağlı sualı cavablandıran Stoltenberq xatırladıb ki, iki ölkənin müraciətindən sonra imzalanan üzvlük protokolları Macarıstan və Türkiyə istisna olmaqla, 28 üzv ölkənin assambleyaları tərəfindən təsdiqlənib.

Qalan iki ölkənin də razılaşacağına inandığını bildirən Yens Stoltenberq bunun ən qısa zamanda reallaşacağına inandığını bildirib.

İki ölkənin NATO üzvlüyünün ittifaqı gücləndirəcəyini vurğulayan Stoltenberq, ABŞ və İngiltərə də daxil olmaqla bəzi ölkələrin İsveç və Finlandiyaya təhlükəsizlik zəmanəti verdiyini xatırladıb.

Yens Stoltenberq, "İki ölkə istər hərbi, istərsə də mülki olmaqla NATO-nun bütün fəaliyyətlərində iştirak edir. Bu o deməkdir ki, İsveç və ya Finlandiyaya qarşı hər hansı bir hücum və ya təcavüzkar rəftar olarsa, NATO-nun reaksiya verməyəcəyi ağlasığmazdır".

 

Əlaqəli Xəbərlər