http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Bakıda Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı qeyd olunub - FOTO

22 Noyabr 2023 , 22:28
Bakıda Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı qeyd olunub - FOTO

Noyabrın 22-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli bayramı – müstəqilliyin 52-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib.

"Operativ Media" xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Dövlət himnləri səsləndirilib.

BƏƏ-nin səfiri Məhəmməd Əl Bluşi ölkəsinin inkişaf tarixindən danışıb. Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasından artıq 30 ildən çox vaxt keçdiyini qeyd edən diplomat Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərin hörmət və əməkdaşlıq prinsiplərinə əsaslandığını bildirib. Vurğulanıb ki, dövlət başçılarının qarşılıqlı səfərləri, getdikcə genişlənən ticari-iqtisadi və mədəni əlaqələr qarşılıqlı əlaqələrin davamlı inkişafına öz müsbət təsirini göstərir. Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasındakı əməkdaşlıq və qarşılıqlı hörmət əsasında yüksək səviyyəli ikitərəfli münasibətlər mövcuddur. Ticari, iqtisadi, siyasi və mədəni əlaqələrin səviyyəsi getdikcə artır.

Səfir bildirib ki, hər iki ölkənin vətəndaşları vizadan azad edilib: “Biz bərpaolunan enerji, neft-qaz və digər sahələrdə əməkdaşlıq edirik. Bununla bağlı 40 sənəd imzalanıb”.

2023-cü ilin ölkəsində “Davamlılıq ili” elan olunduğunu diqqətə çatdıran diplomat BƏƏ-nin dünya miqyasında davamlı iqtisadi inkişaf modeli yaratdığını vurğulayıb. O deyib ki, milli sərvət baxımından BƏƏ beynəlxalq yardımın ən böyük donorlarından biridir. Səfir BƏƏ-dən Azərbaycana gələn turistlərin sayının artdığını da qeyd edib.

Məhəmməd Əl Bluşi çıxışının sonunda ölkələrimiz arasında münasibətlərin inkişafının yüksək səviyyəli tempdə davam edəcəyinə əminliyini bildirib.

Birləşmiş Ərəb Əmirlikləri xalqını milli bayram münasibətilə təbrik edən elm və təhsil naziri Emin Əmrullayev ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu söyləyib. Nazir bildirib ki, Azərbaycan BƏƏ ilə münasibətlərə xüsusi önəm verir. Qarşılıqlı hörmətə, möhkəm dostluğa və qardaşlığa, bunu daha da zənginləşdirən İslam irsinə əsaslanan əlaqələrimiz həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksələn xətt üzrə inkişaf edir.

Ölkələrimiz arasındakı əlaqələrin, təmasların getdikcə intensiv xarakter aldığını qeyd edən nazir bir sıra istiqamətlər kimi, tələbə mübadiləsində də əməkdaşlığın olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, yüksək səviyyəli qarşılıqlı səfərlər, imzalanan sənədlər əlaqələrimizin yeni mərhələyə qədəm qoymasına imkan verir.

“Dövlət başçılarının müəyyənləşdirdiyi siyasətə uyğun olaraq birgə səylərimiz əsasında Azərbaycan-BƏƏ əməkdaşlığı bundan sonra daha da inkişaf edərək dərinləşəcək”, - deyə Emin Əmrullayev bildirib.

Tədbir konsert proqramı ilə davam edib.

OXŞAR XƏBƏRLƏR
Gürcüstan Parlamentinin önündə aksiya keçirilir

Gürcüstan Parlamentinin önündə aksiya keçirilir

HƏMAS 33 girovu azad etməyə hazır olduğunu bildirib

HƏMAS 33 girovu azad etməyə hazır olduğunu bildirib

Hakan Fidan İshak Dar ilə görüşüb

Hakan Fidan İshak Dar ilə görüşüb

XƏBƏR LENTİ
  • Dünən
    23:45

    Gürcüstan Parlamentinin önündə aksiya keçirilir
  • Dünən
    23:38

    İraqın şimalında daha 6 terrorçu zərərsizləşdirilib
  • Dünən
    23:25

    HƏMAS 33 girovu azad etməyə hazır olduğunu bildirib
  • Dünən
    23:15

    Hakan Fidan İshak Dar ilə görüşüb
  • Dünən
    23:01

    Azərbaycan və Qambiya diplomatik pasportlara malik şəxslər üçün viza rejimini ləğv edib
  • Dünən
    22:57

    Moskvanın şimalında bir nəfər insanlara atəş açıb, 2 nəfər yaralanıb
  • Dünən
    22:53

    Bu ilin birinci rübündə Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
  • Dünən
    22:46

    Ceyhun Bayramov İslam Qida Təhlükəsizliyi Təşkilatının baş direktoru ilə görüşüb - YENİLƏNİB
Menyu