http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Prezident: "İƏT Azərbaycanın haqq işini, ərazi bütövlüyünü daim və ardıcıl surətdə dəstəkləyib"

23 Noyabr 2023 , 11:02
Prezident: "İƏT Azərbaycanın haqq işini, ərazi bütövlüyünü daim və ardıcıl surətdə dəstəkləyib"

"İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ermənistanın Azərbaycana qarşı 30 il davam edən təcavüzünü və işğalçı siyasətini hər zaman pisləmiş, həm İkinci Qarabağ müharibəsi zamanı, həm də post-müharibə dövründə Azərbaycanın haqq işini, ərazi bütövlüyünü daim və ardıcıl surətdə dəstəkləmişdir. Buna görə İƏT-ə üzv dövlətlərə minnətdarlığımızı bildiririk".

"Operativ Media" xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 5-ci konfransının iştirakçılarına ünvanladığı müraciətində əksini tapıb.

"Təəssüflər olsun ki, işğal illərində şəhər və kəndlərimiz Ermənistan tərəfindən qəsdən dağıdılmış, talan olunmuş, mədəni və dini abidələrimiz məhv edilmişdir. Bundan başqa, Ermənistan işğal altında saxladığı ərazilərimizdə ilkin qiymətlədirmələrə görə 1 milyona yaxın mina basdırmış, burada urbisid, kultursid və ekosid törətmişdir. Xalqımızın mədəni irsinə qarşı soyqırımı törətmiş ermənilər məscidlərimizi yerlə-yeksan edərək yalnız bizim deyil, bütün dünya müsəlmanlarının hisslərini təhqir etmişlər. İƏT əvvəllər işğal altında olmuş ərazilərimizdə İslam tarixi və mədəni abidələrinin, ziyarətgahların Ermənistan tərəfindən dağıdılmasını və talan olunmasını qəti şəkildə pisləmiş, məsicdlərin təhqir olunmasını hiddətlə qınammışdır", - dövlət başçısının müraciətində qeyd edilib.

OXŞAR XƏBƏRLƏR
Gürcüstan Parlamentinin önündə aksiya keçirilir

Gürcüstan Parlamentinin önündə aksiya keçirilir

HƏMAS 33 girovu azad etməyə hazır olduğunu bildirib

HƏMAS 33 girovu azad etməyə hazır olduğunu bildirib

Hakan Fidan İshak Dar ilə görüşüb

Hakan Fidan İshak Dar ilə görüşüb

XƏBƏR LENTİ
  • 10:54

    Hakan Fidan iranlı həmkarı ilə regional məsələləri müzakirə edib
  • 10:35

    “Bakı Marafonu 2024” start götürüb
  • 10:19

    Cənubi Koreya ordusu ABŞ-nin kiber təlimlərində iştirak edəcək
  • 10:14

    Azərbaycan Pl: "Turan Tovuz" "Zirə"yə, "Araz-Naxçıvan" "Sabah"a qarşı
  • 09:58

    Məişət tullantıları yanan ərazidən meyit tapılıb
  • 09:45

    Bakının bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal olunur
  • 09:32

    Makron: Avropanın təhlükəsizlik və iqlim problemlərini həll etmək üçün Çinə ehtiyacı var
  • 09:11

    Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
Menyu