http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

İƏT Əmək Nazirləri Konfransının Nazirlər Sessiyası başlayıb

23 Noyabr 2023 , 11:32
İƏT Əmək Nazirləri Konfransının Nazirlər Sessiyası başlayıb

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 5-ci konfransının Nazirlər Sessiyası keçirilir. Sessiya müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.

"Operativ Media" xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 5-ci konfransının iştirakçılarına ünvanladığı müraciət səsləndirilib. Müraciətin mətnini Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov oxuyub.

Sessiyada İƏT əmək nazirlərinin 4-cü konfransının sədri kimi Səudiyyə Ərəbistanı Krallığının İnsan resursları və sosial inkişaf nazirinin müavini Adnan Abdulla Al Nuaimin çıxışı dinlənilib. Sonra konfransın sədri və bürosunun tərkibi seçilib.

Konfransın sədri seçilmiş Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev İƏT-in bu konfransının üzv ölkələrin əlaqələrinin genişlənməsinə, fəal təcrübə mübadilələrinə imkan yaratdığını vurğulayıb.

O, hamı üçün məhsuldar məşğulluğun və layiqli əməyin, gənclərin məşğulluğunun təmin olunmasının İƏT ölkələri üçün aktuallığını, sosial sahədə şəffaflığın, xidmət keyfiyyətinin, əlçatanlıq və operativliyin artırılması kimi prioritet və çağırışların həllində rəqəmsallaşmanın vacibliyini, sosial məsələlərin həllində qarşılıqlı təcrübə mübadilələrinin önəmini vurğulayıb.

Sahil Babayev Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycanda vətəndaş rifahının təminatı sahəsində aparılan islahatları, ölkəmizdə son 5 ildə sosial ödənişlərdəki ciddi artımları, DOST Konsepsiyasının və sosial sahədə geniş elektronlaşdırma proqramının nailiyyətlərini diqqətə çatdırıb. Bildirib ki, hər bir ölkədə tətbiq olunan yeniliklərin digər üzv dövlətlər tərəfindən də öyrənilməsi, tətbiqi, qarşılıqlı təcrübə mübadiləsi İƏT üçün əsas fəaliyyət istiqamətlərindəndir. O, Bakıda yaradılan İƏT-in Əmək Mərkəzinin bu baxımdan əhəmiyyətini diqqətə çatdırıb.

İƏT-in Baş katibi Hissein Brahim Taha bu konfransın üzv ölkələr üçün önəmindən bəhs edib, müzakirə olunan məsələlərin həllində əməkdaşlığın genişlənməsinin vacibliyini qeyd edib.

OXŞAR XƏBƏRLƏR
Gürcüstan Parlamentinin önündə aksiya keçirilir

Gürcüstan Parlamentinin önündə aksiya keçirilir

HƏMAS 33 girovu azad etməyə hazır olduğunu bildirib

HƏMAS 33 girovu azad etməyə hazır olduğunu bildirib

Hakan Fidan İshak Dar ilə görüşüb

Hakan Fidan İshak Dar ilə görüşüb

XƏBƏR LENTİ
  • 00:13

    Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
  • Dünən
    23:45

    Gürcüstan Parlamentinin önündə aksiya keçirilir
  • Dünən
    23:38

    İraqın şimalında daha 6 terrorçu zərərsizləşdirilib
  • Dünən
    23:25

    HƏMAS 33 girovu azad etməyə hazır olduğunu bildirib
  • Dünən
    23:15

    Hakan Fidan İshak Dar ilə görüşüb
  • Dünən
    23:01

    Azərbaycan və Qambiya diplomatik pasportlara malik şəxslər üçün viza rejimini ləğv edib
  • Dünən
    22:57

    Moskvanın şimalında bir nəfər insanlara atəş açıb, 2 nəfər yaralanıb
  • Dünən
    22:53

    Bu ilin birinci rübündə Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Menyu