http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Azərbaycan və Macarıstan XİN başçıları arasında görüş olub

23 Noyabr 2023 , 15:53
Azərbaycan və Macarıstan XİN  başçıları arasında görüş olub

23 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) çərçivəsində görüşlərdə və sammitdə iştirak məqsədilə ölkəmizdə səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşü baş tutub.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüş zamanı Azərbaycan və Macarıstan arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən cari regional vəziyyət müzakirə edilib.

Azərbaycan və Macarıstan arasında siyasi, iqtisadi, nəqliyyat, ticarət, enerji təhlükəsizliyi, təhsil, humanitar və s. sahələr üzrə əməkdaşlığın yüksələn xətt üzrə inkişafını məmnunluqla qeyd edilib. İki ölkə arasında enerji təhlükəsizliyi, o cümlədən alternativ enerji sahəsində əməkdaşlığın inkişafı vurğulanıb.

 

Nazir Ceyhun Bayramov həmçinin post-münaqişə dövründə regionda mövcud vəziyyət, sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılmış son addımlar və sülh prosesinin perspektvləri barədə ölkəmizin mövqeyi barədə qarşı tərəfə məlumat verib. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə Azərbaycan tərəfindən aparılan bərpa və yenidənqurma işlərində macar şirkətlərinin iştirakı alqışlanıb.

Nazir Peter Siyarto, Macarıstanın iki ölkə arasında strateji xarakter daşıyan münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu, bu xüsusda mövcud potensialdan istifadənin zəruriliyini qeyd edib. İkitərəfli iqtisadi komissiya üzrə aparılan işlərdən məmnunluq ifadə olunub. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın roluna istinad edən nazir Peter Siyarto, bu xüsusda həyata keçirilən birgə layihələrin əməkdaşlığa töhfəsini vurğulayıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
​​​​​​​Azərbaycanın Baş naziri Əli Əsədovun Belarusa səfəri başlayıb

​​​​​​​Azərbaycanın Baş naziri Əli Əsədovun Belarusa səfəri başlayıb

Ayxan Hacızadə Ermənistan XİN rəhbərinin əsassız çıxışına cavab verib

Ayxan Hacızadə Ermənistan XİN rəhbərinin əsassız çıxışına cavab verib

Zaxarova: Qərbin Ermənistana pul yardımının artırılması sabitliyi pozur

Zaxarova: Qərbin Ermənistana pul yardımının artırılması sabitliyi pozur

XƏBƏR LENTİ
  • 00:15

    İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsi ilə bağlı paylaşım edib
    İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsi ilə bağlı paylaşım edib
  • Dünən
    23:15

    ​​​​​​​Azərbaycanın Baş naziri Əli Əsədovun Belarusa səfəri başlayıb
    ​​​​​​​Azərbaycanın Baş naziri Əli Əsədovun Belarusa səfəri başlayıb
  • Dünən
    22:55

    ABŞ Ukraynaya 237 milyon dollar humanitar yardım ayıracaq
  • Dünən
    22:36

    Suriyada yaşayış binasına aviazərbə endirilib
  • Dünən
    22:07

    Ukraynaya məxsus iki raket Kursk vilayəti üzərində vurulub
  • Dünən
    21:41

    HƏMAS Tel-Əvivdəki atışmaya görə məsuliyyəti üzərinə götürüb
  • Dünən
    21:16

    Bayden İrana qarşı yeni sanksiyalar elan edib
  • Dünən
    21:05

    Türkdilli Ölkələr Turniri: Azərbaycan millisi Türkmənistana məğlub oldu
Menyu