http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Prezident BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibini qəbul edib - YENİLƏNİB

23 Noyabr 2023 , 17:47
Prezident BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi xanım Armida Salsiya Alişahbananı qəbul edib.

"Operativ Media" xəbər verir ki, Armida Salsiya Alişahbanan BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci ildönümündə Azərbaycanda Zirvə görüşünün keçirilməsinin əlamətdar hadisə olduğunu vurğulayaraq, bu münasibətlə ev sahibi və sədr qismində Azərbaycan Respublikasına təbriklərinə çatdırdı.

Dövlətimizin başçısı bildirdi ki, ölkəmiz 1992-ci ildə BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasına üzv olub və Azərbaycanın bu təsisatın əksər üzv dövlətləri ilə yüksək səviyyədə siyasi münasibətləri var.

Xüsusilə nəqliyyat, rəqəmsallaşma, enerji sahələrində və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq üçün UNESCAP-ın vacib platforma olduğunu bildirən Prezident İlham Əliyev UNESCAP və SPECA regionları arasında gələcək əməkdaşlıq imkanlarının da mümkünlüyünə toxundu, nəqliyyat sahəsində işbirliyini xüsusilə qeyd etdi.

Dövlətimizin başçısı region ölkələri ilə birlikdə, xüsusən də Orta Dəhliz, Xəzər və Qara dənizləri birləşdirən nəqliyyat dəhlizlərinin inkişaf konsepsiyası haqqında məlumat verdi, nəqliyyat daşımalarının rəqəmsallaşdırılması, vahid tarif və standartların tətbiq edilməsinin vacibliyini diqqətə çatdırdı.

Söhbət zamanı ölkəmizin UNESCAP çərçivəsində Trans-Asiya dəmir yolu Sazişi şəbəkəsi, Asiya quru limanları üzrə hökumətlərarası Saziş və digər hökumətlərarası sazişlərdə iştirakı məsələsi qeyd edildi.

Görüşdə ölkəmizlə UNESCAP arasında əlaqələrin genişləndirilməsi və bu təsisatın müvafiq iclaslarının Azərbaycanda keçirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

***

16:57

Prezident BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibini qəbul edib.

"Operativ Media" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi xanım Armida Salsiya Alişahbananı qəbul edib.

OXŞAR XƏBƏRLƏR
​​​​​​​Azərbaycanın Baş naziri Əli Əsədovun Belarusa səfəri başlayıb

​​​​​​​Azərbaycanın Baş naziri Əli Əsədovun Belarusa səfəri başlayıb

Ayxan Hacızadə Ermənistan XİN rəhbərinin əsassız çıxışına cavab verib

Ayxan Hacızadə Ermənistan XİN rəhbərinin əsassız çıxışına cavab verib

Zaxarova: Qərbin Ermənistana pul yardımının artırılması sabitliyi pozur

Zaxarova: Qərbin Ermənistana pul yardımının artırılması sabitliyi pozur

XƏBƏR LENTİ
  • 00:15

    İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsi ilə bağlı paylaşım edib
    İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsi ilə bağlı paylaşım edib
  • Dünən
    23:15

    ​​​​​​​Azərbaycanın Baş naziri Əli Əsədovun Belarusa səfəri başlayıb
    ​​​​​​​Azərbaycanın Baş naziri Əli Əsədovun Belarusa səfəri başlayıb
  • Dünən
    22:55

    ABŞ Ukraynaya 237 milyon dollar humanitar yardım ayıracaq
  • Dünən
    22:36

    Suriyada yaşayış binasına aviazərbə endirilib
  • Dünən
    22:07

    Ukraynaya məxsus iki raket Kursk vilayəti üzərində vurulub
  • Dünən
    21:41

    HƏMAS Tel-Əvivdəki atışmaya görə məsuliyyəti üzərinə götürüb
  • Dünən
    21:16

    Bayden İrana qarşı yeni sanksiyalar elan edib
  • Dünən
    21:05

    Türkdilli Ölkələr Turniri: Azərbaycan millisi Türkmənistana məğlub oldu
Menyu