Kreml KTMT sammitində Ermənistanın iştirak etməməsinə münasibət bildirib
Nərmin Qocamanlı
Kremlin mətbuat katibi Dmitri Peskov Ermənistanın Minskdə keçirilən KTMT sammitində iştirak etməməsindən təəssüfləndiyini bildirib.
"Operativ Media" xəbər verir ki, bu barədə Peskov Ermənistanın KTMT sammitində iştirak etməməsi ilə bağlı jurnalistin sualını cavablandırarkən bildirib:
"Bu baxımdan təəssüf hissi keçiririk, KTMT öz işini davam etdirir".
O, qeyd edib ki, KTMT Ermənistanın təşkilatın işində iştirakını davam etdirməkdə maraqlıdır.