Menyu

Peskov: Ümid edirik ki, Ermənistan bizim müttəfiqimiz və tərəfdaşımız olaraq qalacaq

Nərmin Qocamanlı
Peskov: Ümid edirik ki, Ermənistan bizim müttəfiqimiz və tərəfdaşımız olaraq qalacaq

"Ümid edirik ki, Ermənistan xarici siyasətinin istiqamətlərini dəyişməyəcək, Ermənistan həm ikitərəfli, həm də çoxtərəfli formatlarda qarşılıqlı fəaliyyət baxımından bizim müttəfiqimiz, strateji tərəfdaşımız olaraq qalır. Biz onlarla danışıqları davam etdirəcəyik".

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Minskdə keçirilən KTMT sammitində Ermənistan nümayəndələrinin iştirak etməməsini şərh edərkən bildirib.

Ermənistanın baş naziri Nikol Paşinyan bundan əvvəl Minskdə keçiriləcək KTMT sammitində iştirak edə bilməyəcəyini açıqlamışdı. Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib ki, Minskdə keçirilən KTMT sammitində Ermənistan nümayəndələrindən heç biri olmayıb, ölkə demək olar ki, bu görüşün hazırlanmasında iştirak etməyib.

Teqlər:

"Peskov: \u00dcmid edirik ki Erm\u0259nistan bizim m\u00fctt\u0259fiqimiz v\u0259 t\u0259r\u0259fda\u015f\u0131m\u0131z olaraq qalacaq"

Əlaqəli Xəbərlər