Menyu

Paşinyan: Rusiya Ermənistana silah və texnika tədarükünü gecikdirir

Nərmin Qocamanlı
Paşinyan: Rusiya Ermənistana silah və texnika tədarükünü gecikdirir

"Rusiya Ermənistana silah və texnika tədarükünü gecikdirir".

"Operativ Media" xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan canlı yayımda vətəndaşların suallarını cavablandırarkən bildirib:

"Ermənistan silah almaq üçün Rusiya ilə 500 milyon dollarlıq müqavilə imzalayıb. Müqaviləyə əsasən Rusiyaya ilkin olaraq 400 milyon dollar ödənilib".

Paşinyan bildirib ki, Rusiya nə pulu qaytarıb, nə də silahları vaxtında verib.

Ermənistan həmin pulun bir hissəsini Rusiyaya olan dövlət borcundan silməyi planlaşdırır.

Paşinyan bildirib ki, ola bilər indi Rusiyanın özünə silah lazımdır, bununla bağlı müzakirələr davam edəcək.

Teqlər:

"Pa\u015finyan: Rusiya Erm\u0259nistana silah v\u0259 texnika t\u0259dar\u00fck\u00fcn\u00fc gecikdirir"

Əlaqəli Xəbərlər