http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Milli Məclisin sədri ölkəmizdə yeni təyin olunmuş səfirlərlə görüşüb

24 Noyabr 2023 , 15:55
Milli Məclisin sədri ölkəmizdə yeni təyin olunmuş səfirlərlə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova İordaniyanın Azərbaycandakı yeni səfiri Ömər Barakat Əl-Nahar ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Operativ Media"ya bildirilib ki, S.Qafarova ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edib, onun fəaliyyəti dövründə ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyinə inamını bildirib.

Azərbaycan ilə İordaniyanın iki dost və qardaş ölkələr olduğunu deyən Sahibə Qafarova ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu, hazırda müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin daha da inkişafı üçün yaxşı imkanların mövcudluğunu bildirib.

Parlamentlərarası münasibətlərin ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlərin vacib tərkib hissəsi olduğunu deyən Milli Məclisin sədri əlaqələrin mövcud səviyyəsini yüksək qiymətləndirib, münasibətlərin dərinləşməsində yüksək səviyyəli səfərlərin rolunu və dostluq qruplarının fəaliyyətini qeyd edib.

Sahibə Qafarova söhbət zamanı Azərbaycan torpaqlarının işğaldan azad olunmasından sonra regionda yaranmış yeni reallıqlardan danışıb.

Azərbaycana səfir təyin olunmasından məmnunluğunu ifadə edən Ömər Barakat Əl-Nahar ölkəmizdə diplomatik fəaliyyət göstərdiyi müddətdə ikitərəfli əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb.

X X X

Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 24-də, həmçinin Xorvatiyanın yeni səfiri Branko Zebiçlə görüşüb.

Azərbaycanla Xorvatiyanı dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin birləşdirdiyini deyən parlamentin sədri vurğulayıb ki, yüksək səviyyəli səfərlər və görüşlər ikitərəfli münasibətlərimizin inkişafında müstəsna rol oynayır.

Parlamentlərarası əlaqələrdən danışan Milli Məclisin sədri bu sahədə dostluq qruplarının fəaliyyətini xüsusi qeyd edib. O bildirib ki, Xorvatiya parlament nümayəndə heyətinin Azərbaycana səfəri və işğaldan azad edilmiş Ağdam şəhərini ziyarət etməsi ölkəmizdə yüksək qiymətləndirilir.

Söhbət zamanı Azərbaycanın sülh təşəbbüsləri, sülh prosesinin gedişi, ona mane olmağa çalışan qüvvələrin destruktiv fəaliyyəti və bölgədəki mövcud vəziyyət barədə fikir mübadiləsi aparılıb.

Səfir Branko Zebiç öz növbəsində qeyd edib ki, 1995-ci ildə ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasından ötən dövr ərzində münasibətlərimiz inkişaf edib. Bu gün müxtəlif sahələrdə əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün bir çox imkanlar var.

Parlamentlərarası əlaqələrdən danışan diplomat diqqətə çatdırıb ki, ölkələrimizin parlament nümayəndə heyətləri AŞPA, Parlamentlərarası İttifaq, ATƏT PA, NATO PA və digər beynəlxalq parlament təşkilatları çərçivəsində səmimi dialoq aparırlar.

Söhbət zamanı iqtisadi, humanitar sahələrdə əməkdaşlıq, mədəniyyət sahəsində qarşılıqlı tədbirlərin əhəmiyyəti və digər mövzular müzakirə olunub.

X X X

Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 24-də Yunanıstanın Azərbaycandakı yeni səfiri Xristos Kapodistrias ilə də görüşüb.

Parlamentin sədri onu ölkəmizdə səfir kimi işə başlaması münasibətilə təbrik edib və gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb. O, ötən il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğunu deyib. Parlamentin sədri bildirib ki, hər iki ölkənin dövlət başçılarının görüşləri, aparılan danışıqlar əlaqələrin inkişafında mühüm əhəmiyyət kəsb edir.

Sahibə Qafarova parlamentlərarası əlaqələrin ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlərin vacib komponentlərindən biri olduğunu bildirib. O, qanunverici orqanlar arasında əməkdaşlığın genişləndirilməsində dostluq qruplarının fəaliyyətinin önəmindən danışıb, parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əlaqələrin inkişafına xidmət etdiyini deyib. Sahibə Qafarova deputatların beynəlxalq parlament qurumlarında əməkdaşlığının əhəmiyyətindən də söhbət açıb.

O, eyni zamanda, səfiri regiondakı mövcud vəziyyət, Azərbaycanın sülhün və sabitliyin təmin olunmasında göstərdiyi səylər, Ermənistanın dezinformasiya xarakterli fəaliyyəti haqqında məlumatlandırıb.

Səfir Xristos Kapodistrias Yunanıstanın Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu deyib. Eyni zamanda, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi üçün geniş potensialın olduğunu bildirib. Diplomat parlamentlərarası əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyindən danışıb. O, öz fəaliyyətində iki ölkə arasında münasibətlərin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib.

Görüşdə ikitərəfli əlaqələrin genişləndirilməsi və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

OXŞAR XƏBƏRLƏR
Gürcüstan Parlamentinin önündə aksiya keçirilir

Gürcüstan Parlamentinin önündə aksiya keçirilir

HƏMAS 33 girovu azad etməyə hazır olduğunu bildirib

HƏMAS 33 girovu azad etməyə hazır olduğunu bildirib

Hakan Fidan İshak Dar ilə görüşüb

Hakan Fidan İshak Dar ilə görüşüb

XƏBƏR LENTİ
  • 00:13

    Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
  • Dünən
    23:45

    Gürcüstan Parlamentinin önündə aksiya keçirilir
  • Dünən
    23:38

    İraqın şimalında daha 6 terrorçu zərərsizləşdirilib
  • Dünən
    23:25

    HƏMAS 33 girovu azad etməyə hazır olduğunu bildirib
  • Dünən
    23:15

    Hakan Fidan İshak Dar ilə görüşüb
  • Dünən
    23:01

    Azərbaycan və Qambiya diplomatik pasportlara malik şəxslər üçün viza rejimini ləğv edib
  • Dünən
    22:57

    Moskvanın şimalında bir nəfər insanlara atəş açıb, 2 nəfər yaralanıb
  • Dünən
    22:53

    Bu ilin birinci rübündə Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Menyu