http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Əli Əsədov BMT Komissiyasının icraçı katibi ilə görüşüb

24 Noyabr 2023 , 20:25
Əli Əsədov BMT Komissiyasının icraçı katibi ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 24-də BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi Armida Salsiya Alişahbana ilə görüşüb.

Nazirlər Kabinetindən "Operativ Media"ya bildirilib ki, görüşdə Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Həftəsinin əhəmiyyəti vurğulanıb.

UNESCAP-ın icraçı katibinin Azərbaycanın SPECA-ya sədrliyi çərçivəsində ilk dəfə olaraq təşkil olunan və proqramın 25-ci ildönümünə təsadüf edən Zirvə görüşündə iştirakı yüksək qiymətləndirilib.

Azərbaycanın Komissiyanın əksər üzv ölkələri ilə müxtəlif sahələrdə yaxşı münasibətlərə malik olduğu bildirilərək, çoxtərəfli əməkdaşlığın genişləndirilməsi baxımından UNESCAP səmərəli platforma kimi dəyərləndirilib. Azərbaycanın təşəbbüsü ilə Komissiya tərəfindən qəbul edilmiş nəqliyyat bağlantıları və dayanıqlı enerjinin inkişafı üzrə qətnamələrin önəmi vurğulanıb.

Görüşdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə uğurlu əməkdaşlığından bəhs edilib, bu əməkdaşlığın SPECA çərçivəsində ticari-iqtisadi, nəqliyyat-tranzit, energetika və qarşılıqlı maraq doğuran bütün digər sahələrdə daha da inkişaf etdirilməsi üçün yaxşı perspektivlərin mövcud olduğu bildirilib.

OXŞAR XƏBƏRLƏR
Gürcüstan Parlamentinin önündə aksiya keçirilir

Gürcüstan Parlamentinin önündə aksiya keçirilir

HƏMAS 33 girovu azad etməyə hazır olduğunu bildirib

HƏMAS 33 girovu azad etməyə hazır olduğunu bildirib

Hakan Fidan İshak Dar ilə görüşüb

Hakan Fidan İshak Dar ilə görüşüb

XƏBƏR LENTİ
  • 11:12

    Bərdədə 3 otaqlı ev yanıb
  • 10:54

    Hakan Fidan iranlı həmkarı ilə regional məsələləri müzakirə edib
  • 10:35

    “Bakı Marafonu 2024” start götürüb
  • 10:19

    Cənubi Koreya ordusu ABŞ-nin kiber təlimlərində iştirak edəcək
  • 10:14

    Azərbaycan Pl: "Turan Tovuz" "Zirə"yə, "Araz-Naxçıvan" "Sabah"a qarşı
  • 09:58

    Məişət tullantıları yanan ərazidən meyit tapılıb
  • 09:45

    Bakının bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal olunur
  • 09:32

    Makron: Avropanın təhlükəsizlik və iqlim problemlərini həll etmək üçün Çinə ehtiyacı var
Menyu