"Abzas Media" ilə bağlı yeni məqamlar üzə çıxıb
"Abzas Media" portalının saxlanılan üzvləri ilə bağlı bəzi məqamlar üzə çıxıb.
"Operativ Media" xəbər verir ki, "Report" İnformasiya Agentliyi "Abzas Media" barəsində araşdırmasını təqdim edib.
Bildirilir ki, “DT Global” təşkilatından Ülvi Həsənli və Ko 98 600 avro və 30 000 ABŞ dolları alıb.
Digər alınan vəsaitlər belə olub:
“Milli Demokratiya Fondu”ndan 55 350 ABŞ dolları,
“Praqa Vətəndaş Cəmiyyəti” təşkilatından 50 600 ABŞ dolları,
“German Marşal Fondunun Regional Əməkdaşlıq üçün Qara Dəniz” təşkilatından 24 990 ABŞ dolları,
ABŞ-ın Azərbaycandakı Səfirliyindən 21 954 ABŞ dolları,
“İnternews” təşkilatından 12 000 ABŞ dolları,
“People in Need” təşkilatından 11 000 ABŞ dolları,
“Niderland Helsinki Komitəsi”ndən 5 000 avro,
“Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti” təşkilatından 4 110 avro,
“Norveç Helsinki Komitəsi”ndən 4 000 avro,
“Freedom House” təşkilatından 2 500 ABŞ dolları,
“Amerika Beynəlxalq Təhsil Şurası” təşkilatından 2 400 ABŞ dolları,
Almaniyanın Azərbaycandakı Səfirliyindən 1 500 avro və Fransanın Azərbaycandakı Səfirliyindən 700 avro Ümumilikdə 113 910 avro və 210 794 ABŞ dolları həcmində vəsait.
Bundan əlavə 210 468 ABŞ dolları və 77 815 avro məbləğdə ilkin layihələndirilmiş sənədlər aşkar edilib.