Menyu

Şoyqu: KTMT-nin vahid hava hücumundan müdafiə müqaviləsinə Ermənistan da qoşulub

Redaksiya
Şoyqu: KTMT-nin vahid hava hücumundan müdafiə müqaviləsinə Ermənistan da qoşulub

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan ölkələrin vahid hava hücumundan müdafiə sistemi faktiki olaraq yaradılıb və hər bir dövlətlə müvafiq ikitərəfli sazişlər mövcuddur.

"Operativ Media" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu məlumat verib.

“Əslində vahid hava hücumundan müdafiə sistemi ikitərəfli səviyyədə yaradılıb, bizim hər bir dövlətlə müqaviləmiz var. Bu, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və təbii ki, Belarusa aiddir. MDB məkanında vahid hava hücumundan müdafiə sistemi mövcuddur”, - Şoyqu bildirib.

Teqlər:

"\u015eoyqu: KTMT-nin vahid hava h\u00fccumundan m\u00fcdafi\u0259 m\u00fcqavil\u0259sin\u0259 Erm\u0259nistan da qo\u015fulub"

Əlaqəli Xəbərlər