http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Yaşar Gülər: Sülh üçün tarixi imkan var

27 Noyabr 2023 , 19:43
Yaşar Gülər: Sülh üçün tarixi imkan var

“İnanırıq ki, regional sülh və sabitliyə gedən yol Azərbaycan və Ermənistan arasında imzalanmış hərtərəfli sülh sazişindən keçir”.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Güler Bakıda keçirilən Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin iclası zamanı bildirib.

“Hesab edirik ki, regional sülh və sabitliyə gedən yol Azərbaycan və Ermənistan arasında imzalanacaq hərtərəfli sülh sazişindən keçir. Biz həmçinin, regional nəqliyyat xətlərinin açılmasının normallaşma və sülh prosesini sürətləndirəcəyinə inanırıq. Cənubi Qafqazda sülh, əmin-amanlıq və əməkdaşlıq qurmaq üçün tarixi imkan olsa da, Ermənistanın bu tarixi imkandan lazımi şəkildə istifadə edə bilmədiyini görürük.

Digər tərəfdən, Türkiyə hər platformada və fürsətdə Gürcüstanın ərazi bütövlüyünə güclü dəstəyini ifadə edir. Bu kontekstdə Türkiyə Abxaziya və Cənubi Osetiyanın qondarma müstəqilliyini tanımır və bu mübahisələrin Gürcüstanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində sülh yolu ilə həllini arzulayır. Türkiyə eyni zamanda, Gürcüstanın Avro-Atlantik qurumlarla inteqrasiya səylərini dəstəkləyir”, - Yaşar Güler qeyd edib.

OXŞAR XƏBƏRLƏR
Pərviz Şahbazov Avropa İttifaqının energetika məsələləri üzrə komissarı ilə görüşüb

Pərviz Şahbazov Avropa İttifaqının energetika məsələləri üzrə komissarı ilə görüşüb

​​​​​​​Azərbaycanın Baş naziri Əli Əsədovun Belarusa səfəri başlayıb

​​​​​​​Azərbaycanın Baş naziri Əli Əsədovun Belarusa səfəri başlayıb

Ayxan Hacızadə Ermənistan XİN rəhbərinin əsassız çıxışına cavab verib

Ayxan Hacızadə Ermənistan XİN rəhbərinin əsassız çıxışına cavab verib

XƏBƏR LENTİ
  • 10:12

    Pərviz Şahbazov Braziliyada Böyük Britaniya ilə enerji tərəfdaşlığını müzakirə edib
  • 10:07

    Həsən Nəsrullahın dəfn mərasimi sabah keçiriləcək
  • 10:02

    Qubada yerin təkindən qanunsuz istifadə edənlər aşkarlanıb
  • 09:53

    Ötən gün 13 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
  • 09:50

    KİV: İsrail Hərbi Hava Qüvvələri gecə saatlarında Beyruta 20-yə yaxın zərbə endirib
  • 09:45

    Messi dubl etdi, "İnter Mayami" çempion oldu
  • 09:40

    Pərviz Şahbazov Avropa İttifaqının energetika məsələləri üzrə komissarı ilə görüşüb
  • 09:37

    Azərbaycan nefti ucuzlaşıb
Menyu