26 Noyabr 2022, 20:36
ÜST dünya ölkələrinə çağırış edib
ÜST dünya ölkələrinə çağırış edib şəkil
ÜST dünya ölkələrinə çağırış edib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla bağlı dünya ölkələrinə çağırış edib.

"Operativ Media" xəbər verir ki, ÜST-ün sözçüsü Tarik Yaşareviç deyib ki, dünya ölkələrini öz strategiyalarını koronavirusun yoluxma halının indiki vəziyyəti ilə uyğunlaşdırmalıdır.

Bununla yanaşı, səhiyyə sektoruna sərmayə qoymaq və tibb personalına əlavə ianələr vermək vacib məsələdir.

“Bu gün biz bir-iki il əvvəlkindən daha yaxşı vəziyyətdəyik, COVID-19 ilə mübarizə aparmaq üçün peyvəndlərimiz var”, - Yaşareviç bildirib.

Qeyd edək ki, noyabrın 25-nə olan məlumata görə, ÜST pandemiyanın başlanğıcından indiyədək dünyada 636 440 663 koronavirus hadisəsi və 6 606 624 ölüm hadisəsi qeydə alıb. Ən çox infeksiyaya yoluxanlar Yaponiyada, Koreya Respublikasında, Fransada və Çindədir.

Ümumilikdə dünyada yeddi gün ərzində xəstələnmə əvvəlki həftə ilə müqayisədə 5% azalıb.

Son xəbərlər
Fransanın keçmiş baş naziri saxlanılıb
Zelenski: Sülhün qorunması üçün 100 min sülhməramlıya ehtiyac var
Olaf Şolts: Tramp və Putinin birbaşa danışıqları doğru addımdır
Mark Rutte: Putinə ehtiyacımız var
ABŞ-nin aviadaşıyıcısı Aralıq dənizində gəmi ilə toqquşub
Pit Heqset: Tramp uğurlu danışıqlar aparır
İmişlidə qəza olub, xəsarət alan var
ABŞ və Yaponiya birgə təlimlər keçirəcək